backend

Müşfiq Məmmədli Xızıda vətəndaşlarla görüşüb, müraciətlər nəzarətə götürüldü

Milli Məclisin deputatı Müşfiq Məmmədli Xızı rayonunun Sitalçay və Giləzi qəsəbələrində növbəti vətəndaş qəbulu keçirib.

Qəbul zamanı sakinlərin fərdi müraciətləri diqqətlə dinlənilib, onları narahat edən sosial, məişət və digər məsələlər ətrafında müzakirələr aparılıb. Vətəndaşlar tərəfindən qaldırılan problemlərin operativ və qanunvericiliyin tələblərinə uyğun şəkildə həll olunması məqsədilə aidiyyəti dövlət qurumlarına müvafiq müraciətlər ünvanlanıb və məsələlərin icrası nəzarətə götürülüb.
Deputat Müşfiq Məmmədli vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsinin onların problemlərinin yerində öyrənilməsi və operativ həllinə mühüm töhfə verdiyini bildirib. O, seçicilərlə birbaşa ünsiyyətin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, keçirilən səyyar qəbul və görüşlər vətəndaş məmnuniyyətinin artırılması, eləcə də qaldırılan məsələlərin aidiyyəti qurumlarla koordinasiyalı şəkildə həllinə xidmət edir.