backend

Samuxda kənd sakinləri arasında bıçaqlanma olub: Saxlanılan var

Samuxda bıçaqlanma hadisəsi baş verib.

Samux rayonunda sakinlər arasındakı mübahisə yaralanma ilə nəticələnib.

1992-ci il təvəllüdlü Samux rayon Hacıalılı kənd sakini Allahverdi Yusibov Lək kənd sakini Qəmbərov Elçinə bıçaqla xəsarət yetirib.

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma davam edir.