backend

"ZƏHƏR MƏMMƏD" (Tovuz Rayon İcra Hakimiyyətinin başçısı zatialiləri Məmməd Məmmədova)

Çox –çox sevimli oxucularımız. Bildiyiniz kimi biz bir yazar kimi tez-tez respublikamızın ayrı –ayrı bölgələrinə səfərlər edirik. Hər dəfə sizinlə görüşəndə, sizinlə söhbət edəndə təzə yazılarımız haqqında soruşursunuz və yaxud da hansısa bir mövzu üzərində işləməyi bizdən xahiş edirsiniz. Elə bu dəfə küçələrinin dərə -təpələrinə görə, eləcə də hər cürə baxımsızlığına görə respublikamızda birinci yeri tutan, lakin ölkəmizin dilbər guşələrindəm biri olan Tovuz şəhərinə səfər edərkən, bir neçə Tovuz sakini bizimlə rayondakı vəziyyət barəsində uzun-uzadı söhbət etdilər. Onlar qeyd etdilər ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov uzun müddət bitçilik sahəsi, xüsusən bu sahəyə aid dərmanların hazırlanması üzrə işləyidiyindən "Zəhər Mamed” ləqəbi ilə tanınıb. "Aqrokimya MMC"-nin rəhbəri olub. Indi Tovuz əhalisi bu “Zəhər Məmmədin” sayəsində bir qədər çətinlik içərisində yaşayır. Məhz elə ona görə də biz Tovuz rayon əhalisinin xahişlərini yerinə yetirərək “Zəhər Məmməd” adlı kiçicik şeiri qələmə almagı özümüzə borc bildik.

Zəhər Məmməd çox veribdir zəhəri.
Özü bundan çox görübdür bəhəri.
Tovuzlular dolanır bir təhəri.
Deyir: - Pulun varındırsa ver bəri.
Gəlin abad eyləyək biz şəhəri.

Alakolda toxumçuluq moddadır.
Qırıqlıda soyuducu xoddadır.
Tovuzda milləti belə oddadır.
Millət olubdur əlindən sərsəri.
Yığır, o artırır qızılı, zəri.

Kartof əkir, meyvələri saxlayr.
Işçiləri yaman tez – tez yoxlayır.
Fəhlələrə əməllicə pul sayır.
Fəhlə gəlir işinə hər səhəri.
10 manatla axşam qurudur təri.


Gah “kartoşka”, gah da kələm əkdirir.
Dənli bitki emalını tikdirir.
Sahələrə məftil hasar çəkdirir.
Ala–ala zəbt edibdir kəndləri.
Dad edir əlindən Tovuz şəhəri.

Şəhərlərin içində ən daldadır.
Küçələri baxın ki, nə haldadır.
Tovuz əhli indi qalmaqaldadır.
“At oynadır, alıxladıb yəhəri.”
Tovuzluya qismət olub qəhəri.

Gah o kənddə gah bu kənddə iş açır.
Tovuz əhli onu görəndə qaçır.
Kişi lap işıqtəkı şölə saçır.
Millət əlindən qalıb lap sərsəri.
Artır onu görənlərin dərd –səri.

Bilinməyir bu məmurdur, ya nədir.
Məmur adı sadəcə bəhanədir.
Əməlli başlı kişi at kişnədir.
Biznesini qurubdur bir təhəri.
Hər bir yerdə görür ondan bəhəri.

Qırıqlıda Vaqif torpaqsız qalıb.
Torpağını Məmməd əlindən alıb.
Iş də alıb, başın bəlaya salıb.
Məmməd ilə dolanır bir təhəri.
Işdən çıxsa, nə edər bəs səhəri?


Baloğlan Mirzəli,
Şair- jurnalist


Qaynarxett.az