backend

Tovuz sakininin əlində fişəng partlayıb, barmağı amputasiya edilib

Tovuz sakininin əlində fişəng partlayıb, barmağı amputasiya edilib



Tovuz rayon sakini fişəng atmaq istəyərkən xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 1960-cı il təvəllüdlü Münasib Abbasov yeni il axşamı fişəng atmaq istəyərkən partlayıcı onun əlində açılıb və sağ əlindən xəsarət alıb.

Dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılan M. Abbasovun sağ əlinin birinci barmağı amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.