backend

Tokio-2020: Paralimpiadada 100-dən çox insan koronavirusa yoluxub

Tokio-2020 Yay Paralimpiya Oyunlarında koronavirusa yoluxan şəxslərin sayı açıqlanıb.
"Report xəbər verir ki, indiyədək 101 nəfərin testi müsbət çıxıb, onlardan 67-si işçilərdir.
Təşkilatçılar infeksiya statistikasını avqustun 12-dən toplamağa başlayıb.
Qeyd edək ki, paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək. Azərbaycanın 36 idmançısı 9 idman növündə, 47 proqramda mübarizə aparacaq.