backend

Masallıda narazılıq yaradan KİMLƏRDİR? - GİLEY

Masallı rayon Güllütəpə kənd sakini 2-qrup əlil Ağayev Kərəm İsabala oğlunun redaksiyamıza daxıl olduğu şikayəti:

Yazıb Sizə bildirirəm ki, mən dəfələrlə Dövlət Əmək Müfəttişliyinə vaxtilə çalışdığım Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi barədə şikayət ünvanlamışdım.
Amma çox təəssüflər olsun ki, DƏMX-nin Masallı Regional Ərazi şöbəsinin işçiləri mənim işimi düzgün araşdırmayıblar. Mən 03 sentyabr 2021-ci ildə poçt vasitəsilə vaxtilə işlədiyim Masallı Regional Meşə TM-nə səhətmin ağır olduğu və əmək məcəlləsinin 133-cü maddəsinin əldə əsas tutaraq 06 sentyabr 2021-ci il tarixdən məni məzuniyyətə buraxmağı xahiş etdim (son dəfə məzuniyyətə 03 noyabr 2020-ci ildə çıxmışdım). Mənim məktubum Mərkəzə 06 sentyabr 2021-ci ildə daxil olub , 07 sentyabr 2021-ci ildə , məni həmkarlara çıxardıblar və 08.09.2021-ci ildə isə əmək müqavilımə xitam verilib. Bəs necə olur ki, mənim 03.09.2021-ci ildə yazdığım məktub ( poçt vasitəsilə) 06.09.2021-ci ildə Mərkəzə daxil olduğu halda, onlar "07.09.2021-ci il tarixdə daxil olduğunu" göstəriblər?.
Burada deməli qərəzli mövqeyi nümayiş etdirirlər.
Xahiş edirəm bu yazdıqlarım qanuna müvafiq şəkildə araşdırılsın. Əks təqdirdə aidiyyatı orqanlara müraciət edəcəm.
Mən 03.09.2021 məzuniyyətimlə bağlı əl ilə də ərizə yazıb Mərkəzə müraciət etmişdim. Amma çox təəssüflər olsun əl ilə yazılan ərizəmə baxılmamışdır.

Dövlət Əmək Müfəttişlərinin Masallı rayon şöbəsinin işçiləri demək olar ki, bir fəalliyət göstərmir.
10 may 1994-cü il tarixli Nazirlər Kabinetinin 185 saylı qərarına əsasən 2-ci qrup əlillər digər işçilərə nisbətən əmək haqlarına aldıqları əmək haqqının 20-25% əlavə olunmalıdır. Bu barədə dəfələrlə Mərkəzin əlil işçiləri Əmək Müfəttişliyinə müraciət etsələr də, heç bir təsiri olmamışdır.
Əmək müfəttişləri bir dəfə də olsun gəlib Masallı RMTM-də olan işçilərin əmək mühafizəsi ilə belə marağlanmayıblar.
Neçə olur ki, mən 2-ci qrup əlil ola-ola iş yerimdə bərk masada əyləşirdim, baş mühasib Mansur Nurəliyev, baş meşəbəyi Faiq Əmiçov və baş mühafizə mühəndisi Abturab Bağırov isə yumşaq kresloda?. Neçə olur ki, mən yayda isti otağda oturan zaman, onlar isə kondisonerli otağda?!
Ümumiyyətlə əmək müfəttişlərinin fəaliyyəti nədən ibarətdir?!.
 //azinfo.tv//