backend

Samuxda o hansı OLİQRAXDIR ki, mərhum anasına “Lenin Mavzoleyi” kimi MƏQBƏRƏ UCALDIB... - ŞOK VİREO

Ötən və bu il ərzində biz silsilə məmur həbslərin şahidi olduq. Həmin həbslər əsasən icra başçıları korpusunu əhatə etdi. DTX-nın keçirdiyi əməliyyatlarla bağlı təqdim edilən videogörüntülərdən icra başçılarının hansı neqativliklərlə məşğul olmaları üzə çıxdı. Çox maraqlıdır ki, hələ də həmin həbslərdən düzgün nəticə çıxramayan məmurlar var. İcra başçılarının və bələdiyyə sədrlərinin rayonlarda fermerlərə süni maneələr yaratmaları danılmaz faktdır. Bir çox rayonlarla bağlı belə faktlar var ki, icra başçısları münbit torpaqları öz yaxınlarının adına keçirib, onlara daha imtiyazlı şəraitlər yaradırlar. Nəticədə əsl fermerlər bu ədalətsiz rəqabətə tab gətirə bilmir.

Rayonla əlaqəsi olan bir adam kimi deyə bilərəm ki, bir çox icra başçıları məmurlarla birləşib yerlərdəki əhaliyə əziyyət verir. Həbs edilən və fəaliyyətdə olan bir çox icra başçıları ilə bağlı araşdırma aparanda onların tərcümeyi-halı ilə də bağlı maraqlı detallar üzə çıxır. Xüsusilə də onların ali təhsilləri ilə bağlı. Bəlli olur ki, onlar ciddi universitetlərdə təhsil almayıblar, ya da yaşlarının kifayət qədər ahıl çağında hardansa ilk ali təhsil diplomunu əldə ediblər. Onların övladları da dövlət qurumlarında yaxşı vəzifələrdə çalışır. Müəyyən istisnalar olmaqla deyə bilərik ki, onlar test edilsə, normal savadlarının olmadığı üzə çıxacaq. Çünki həmin icra başçılarının övladlarının harın həyatı ilə bağlı mediada çoxlu sayda materiallar yerləşdirilib.

Samux rayonu da belə rayonlardandır. Rayona 72 yaşlı Alı Qocayev rəhbərlik edir. Yəni Samuxu əsas talayan odur. Başcının"sag əli" iyirmi ildən artıq Samux şəhər Bələdiyyəsinə sədrlik edən Xətaim Cəfərov rayonun üzdə olan ən güclü  oliqarxı sayılır. Bütün Samux rayon ərazisində olan sovetlərdən qalan yararlı torpaq sahələrini, ferma və digər obyektləri özünküləşdirdiyi deyilir. Hələ bir müddət əvvəl mediada yayınlanmışdı ki, Samuxda bələdiyyə sədrinin harınlamış qardaşı oğlu quldurluq hadisəsi törədib. Belə ki, Cəfərov Vüqar Şahin oğlu marketlərə basqın edərək hədə-qorxu yolu ilə satıcılardan haqq təlb edib. Həmçinin, Bələdiyyə sədrinin qardaşı oğlu eyni gündə Samux rayonun giriş hissəsində olan “Azpetrol” yanacaqdoldurma məntəqəsinə də eyni hərəkətləri törətdiyi də üzə çıxıb. Hələ ki, mətbuata açqılanmayan məlumata görə hazırda hər üç fakt üzrə Samux rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və faktlar üzrə araşdırma işləri aparılıb. BƏS AXIRI NECƏ QURTARIB? Məsələ də elə bundadı. Təbbi ki, Xətaim müəllimin "əli uzundur", bu işə bir əncam cəkib. 

Alı Qocayev Samux rayonuna başçı gələndən quşu bu adamın ciyninə qonub, bələdiyyə sədri Xətaim Cəfərovla əlbir olaraq rayonu öz mənafeyi xatirinə talan ediblər. Hazırda həbsdə olan Vilyam Hacıyevin qohumu Bələdiyyə sədri Xətaim Cəfərovun rayonunun Kökəltmə birliyi, Şərab zavodu, 100 hektarlarla yaralı torpaq sahələri və digər maldarlıq-heyvandarlıq komplekslərini hansı vəsait hesabına özününküləşdirib? Bəs 20 il bələdiyyə sədri işləyən, torpaqları öz dədə malı kimi satan bu adama necə olub ki, "gözün üstündə qaşın var"deyən olmayıb. Bu barədə daha ətraflı yazımız olacaq.

Bir haşiyəyə cıxaraq bildirək ki, Xətaim Cəfərovu mətbuatın gündəminə qədəri məlum olmayan var-dövəti yox, mərhum anasına tikdirdiyi möhtəşəm abidə gətirib. Maraqlıdır ki, Xətaim aga Azərbaycanda yeganə bələdiyyə sədridir ki, mərhum anasına  “Lenin Mavzoleyi” kimi belə məqbərə ucaldıb. Buna sözümüz yox, ana hamımız ücün uca varlıqdır, Allah rəhmət eləsin! Ancaq bələdiyyə sədri “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə qərarları "unudub". Beləki, Samux rayonun Samux qəsəbəsinin Bələdiyyə sədri Xətaim Cəfərov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə “Qəbirüstü tikililərə dair tələblər”i kobud sürətdə pozub. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ”Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 960-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli 1789 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarı aşağıdakı kimi pozulub. Qəbirüstü tikililər dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən quraşdırılması hansı formada olmalıdır? Nazirlər kabinetinin müvafiq qərarında qeyd ediliub ki, Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılarkən, ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınır, soyadı, adı, atasının adı, doğum və ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur. Başdaşı qoyulduğu halda, hündürlüyü 1,0 metrdən və eni 0,6 metrdən artıq olmamaqla, eni 0,6 metr və hündürlüyü 0,25 metr olan altlıq üstündə quraşdırılmalıdır. Sinədaşı qoyulduqda hündürlüyü torpaqdan 0,2 metrə, uzunluğu 1,2 metrə və eni 0,6 metrə qədər olmalıdır. Qəbirüstü tikililərin quraşdırılmasında cərgə ilə sıralanmaya əməl olunmalı və qəbrin ətrafı hasara alınmamalıdır. Bəs görəsən Samux bələdiyyə sədri Xətaim Cəfərov Nazirlər kabinetinin qərarlarına niyə hörmətsizlik edib? Samux rayonun Bələdiyyə sədri Xətaim Cəfərovun inşa etdirdiyi bu əzəmətli Mavzoley kompleksi qəbiristanlıqda şəhid qəbirlərini kölgədə qoyur.

Bu gün cəmiyyəti hörümçək toru kimi caynağına almış rüşvətxorluq və ciddi siyasi iradə əsasında dönməz xarakter almış korrupsiyaya qarşı mübarizə bir-birinə nifrət edən iki böyük qüvvə kimi qarşı-qarşıyadır. Birincisi şər, ikincisi xeyir timsalında vuruşur. Sonda hansı qalib gəlsə, cəmiyyətimizin gələcəyi də o istiqamətdə irəliləyəcək. Bələdiyyə sədrinin tikdirdiyi qəbirüstü Mavzoley kompleksin videonu təqdim edirik.

QAYNAR.MEDİA