backend

İcra başçısı fəhlələri həbs etdirdi... - Binəqədi qəsəbəsində ŞOK HADİSƏ

Tanınmış yazıcı Elşad Barat öz Facebook səhifəsində maraqlı bir yazı paylaşıb. Həmin yazını Qaynarxett.az saytının oxucularının diqqətinə catdırırıq.

Elşad Barat YAZIR:

"Az öncə Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qadir Məmmədovun tapşırığına əsasən Binəqədi polisi həyətimdə işləyən kasıb fəhlələri aparıb salıb bölməyə. Mən başa düşmürəm, cənab prezidentin təyin etdiyi icra başçısı Elxan Allahverdiyev bu haqsızlıqlari görəndə nə düşünür? Yoxsa elə özü tapşırıb ki, gedin qəsəbə camaatının dərisini soyun?

Mən 20 ilə yaxındır ki, mətbuat sahəsində çalışıram, heç bir zaman haqsız yazı yazmamışam, çox hadisələrə susmuşam, amma bu gün Binəqədi rayon icra başçısı Elxan kişi və onun Binəqədi qəsəbəsinə təyin etdiyi icra nümayəndəsi Qadir Məmmədov nə qanun bilir, nə qayda bilir, nə də ölkə rəhbərliyinin tapşırığına əməl edir.

Mənim həyətimdə otaq sayı artiriram deyə bu qədər qanunpərəst olan Elxan müəllim və onun makleri Qadir Məmmədov niyə Binəqədi rayonunda tikilən yüzlərlə tikiliyə susur? Nə marağı olub? Nə alıb, nə verib?

Demirsiz ki, mən həyətimdə otaq sayını artırmaqla qanun pozuram? Tamam. Mən otaq sayını artırmıram. Amma işimi-gücümü atıb Binəqədi rayonunda gedən qanunsuz işləri yazacam. Bu mənim həm də işimdir. Onda görək hələ 4 il öncə Şamaxıdan əlində bavulu Bakıya gələn Qadir Məmmədovun və biznesmen başçımız Elxan bəyin nəyi var, nəyi yox? Ümumiyyətlə, nə işlə məşğuldurlar?"


Qaynarxett.az