“Hələ ki, döyüş meydanında tərəflərdən heç biri qələbə qazana bilmir. Amerika kəşfiyyatı hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi dalana dirənib”.
“AzPolitika.info” xəbər verir ki, bu məlumatı “Sky News” ABŞ hərbi kəşfiyyat agentliyinin başçısı Skott Barryerə istinadla yayıb.
General-leytenant rütbəli S.Barryer ABŞ Senatının Silahlı Qüvvələr üzrə komitəsindəki çıxışı zamanı tərəflərdən heç birinin qəti dönüşə nail ola bilmədiyini deyib:
“Ruslar qalib gəlmir, lakin ukraynalılar da qalib gələ bilmir. Burada biz bir qədər dalana dirənmişik”.
Bununla yanaşı, Barryer deyib ki, Ukraynaya qarşı işğalın gedişində Rusiya azı 10 generalını itirib və hətta ola bilsin ki, onların sayı 12-dir. General əlavə edib ki, işğalçı ordu heç bir istiqamət üzrəı həlledici uğur qazana bilməyib.