backend

Sabirabadda bir çox mağazalarda köhnə kassa APARATLARI - Bununla bağlı vergi orqanı susur. Səbəb?


Sabirabadda bir çox mağazalarda kassa aparatları olsa da, onların heç biri qanunun tələblərinə cavab vermir.

Bununla bağlı bir sıra mağazalara baş çəkdim. Elə mağazalar var ki, orada kassaya məbləğ vuranda, istəməsən sənə çek vermirlər. Elələri var ki, ümumiyyətlə kassa ilə işləmir. Sabirabad Mərkəzi Bazarının içində bir sıra iri mağazalar var ki, onlar bir başa çeksiz işləyirlər. Daxil oldum onların birinə. Mağaza sahibi vergi yükünün ağır olduğunu dedi, nəticədə məcbur olub müfəttişlərin tövsiyəsi ilə qanunu kassa aparatı olsa da, ara sıra ora məbləğ vururum. Ayın sonunda vergi ilə hesablaşmamı aparıram. Əks halda dolana bilmərəm. Fikir verin mağazamın böyüklüyünə, qanunu şəkildə işləsəm mən mağazadan qazanc əldə edə biləmərəm. Ona görə məcbur olub, qanunu pozmamaq şərti ilə, dolayı boşluqlardan istifadə etməklə bu işi görürəm. Sağ olsunlar dəstək olanlar ki, bizə bu şəraiti yaradıblar. Digər satıcıya yaxınlaşıram o isə kassa aparatlarının hər dəfə dəyişidiyini, bununla bağlı daimi məhkəmə proseslərində olduğu üçün indi vergi orqanın dediyi ilə razılaşıb işini görür. Bazardan çıxıb üz tuturam "Poçt yolu" deyilən yoldakı ticarət obyektlərinə. Orada da mənzərə göz oxşayan deyil. Kassa aparatları var, amma işləmir. Nağd ödəniş bir başa əhalidən alınır. İnşaat bazarı mərkəzlərində də, məsələ ürək açan deyil. Kassa aparatları var, amma verilən çek Vergi Məcəlləsinin 50.8 maddəsinə uyğun deyil. Bunun üçün yola düşürəm bazardan bir balaca aralıda olan Tonqal İnşaat mağazasına. Şəkildə gördüyünüz Vergi Məcəlləsinin 50.8 maddəsi ilə uzlaşdıraq. Bundan əvvəl isə 50.7 maddəyə nəzər salaq.

50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Yəni nağd pul ödənişləri nəzarət-kassa aparatları vasitəsilə aparılmalıdır. Bu da Nazirlər Kabinetinin № 338 nömrəli 1 avqust 2019-cu il tarixli “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARINA uyğun olmalıdır.

CƏRİMƏ

58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla (burada 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti), vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:

58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;

58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;

58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir:


50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:
50.8.1. vergi ödəyicisinin adı;
Çekdə adı qeyd olunub.
50.8.2. VÖEN-i;
Burada artıq VÖEN qeyd olunmayıb. Bu baxımdan digər bəndlərə keçid etməyə ehtiyac yoxdur. Bu onu göstərir ki, artıq bu çek qanuna uyğun deyil. Burada çekin kimə məxsus olduğunu yalnız mobil nömrə ilə əlaqə saxlamaqla öyrənmək olar. Bu mağazanı artıq cərimə gözləyir. Yuxarda maddə qeyd olunub.

Bəs qanuni formada çekin üzərində hansı məlumatlar olmalıdır?

50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:
50.8.1. vergi ödəyicisinin adı;
50.8.2. VÖEN-i;
50.8.3. çekin vurulmasının tarixi və saatı;
50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
50.8.6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi.
50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).
50.8.9. malın sürətli məlumat kodu (Quick Response Code);
50.8.10. ödənilmiş məbləğ;
50.8.11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);
50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
50.8.13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);
50.8.14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);
50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
50.8.16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.

Bu tədbirlərin görülməməsinin səbəbibinin biri də vergi orqanıdır. Bu tək Sabirabadda deyil. Ölkənin bir çox yerlərinə nəzər salsaq orada da analoji vəziyyəti görə bilərik. Almaniyada vətəndaş büdcəyə pul köçsün deyə, qanunu formada öz haqqın tələb edir. Çünki büdcəyə köçürülən vəsait, onun ölkəsinin iqtisadiyyatının, sosial məsələlərin həlli üçün və sair üçün lazımdır. Buna göz yummaq isə, dövlətə, dövlətçiliyə qarşı ən böyük xəyanətdir.

Rauf QARAYEV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.