backend

21 yaşlı oğlan yeniyetmə qızı öldürüb, Kürə atdı

Sabirabadda qətl hadisəsi baş verib.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.

Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Seyidrəsul Mirmöhsün oğlu Talıbzadə aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü N.Ə.-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.

Hazırda Kür çayında meyitin axtarışları aparılır.

Faktla bağlı araşdırma gedir.