backend

“Boyuna xam ip tutsunlar...” - İran diplomatının təhqiramiz fikirlərinə DEPUTATDAN REAKSİYA

“Cənubi Azərbaycan deyə bir şey yoxdur. Mən bunu vaxtilə Azərbaycanda televiziya kanallarında da demişəm. İllər əvvəl onların böyük şəxsiyyətlərindən biri bizə qonaq gəlmişdi. O, gedəndən sonra gördüm ki, anam su borusunu əlinə alıb xalçaları, evi yuyur. Dedim ki, niyə belə edirsən. Anam cavab verdi ki, onlar murdardır, ona görə də evi təmizləyirəm. Bizim onlara baxışımız belə olub. Azərbaycan kimdir ki, İrandan torpaq iddiası etsin!?”.

Bunu Təbrizin keçmiş millət vəkili, İranın Tacikistanda keçmiş səfiri Əliəsğər Şeirdust “Klub Haus”da çıxışı zamanı deyib. O, bildirib ki, İran rəsmiləri Azərbaycanda İran haqqında səslənən fikirlərə baş qoşmamalıdır.

Sfera.az-ın məlumatına görə, Milli Məclisin deputatı Etibar Əliyev iranlı diplomatın təxribatçı çıxışına cavab verib:

“Rəhmətlik nənəm çox dindar qadın olub. Deyirdi ki, yağış yağanda erməniyə yaxın durmayın, islanmış paltarı ilə sizi murdarlaya bilər. İkincisi, Şeirdüstun anasının ona dediyi murdar məsələsi də dostları olan ermənilərə aiddir. Erməninin ən çox sevdiyi heyvan donuzdur”.

Deputat xatırladıb ki, ermənilər işğal olunmuş ərazilərimizdəki məscidlərdə donuz saxlayıblar: “Boyuna xam ip tutsunlar, ay Şeirdüst, məsciddə donuz saxlayıblar,e! Bunu bilirsən axı! Elə sizləri birləşdirən bəlkə də murdarlıqdır. Mənəvi murdarlıq...”.