backend

İranın Azərbaycan qorxusu - BU FAKTDIR!!!

Sentyabrın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

Telefon danışığı zamanı İran XİN rəhbəri bildirib ki ki, ölkəsi hər zaman Azərbaycan və Ermənistan da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. Ceyhun Bayramov da İran və Azərbaycanın fikirlərini bir-birinə yaxın kimi qiymətləndirib. O, həmçinin İranın Ermənistanla münaqişənin həllinə kömək etmək səylərini yüksək qiymətləndirərək, son münaqişələrlə bağlı iranlı nazirə məlumat verib. Qeyd edək ki, telefon danışığı zamanı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Ermənistanla bağlı dedikləri diqqət çəkib. O, “Biz İranla Ermənistan arasındakı sərhədi tarixi kommunikasiya yolu hesab edirik və bu sərhəd dəyişməz olaraq qorunub saxlanmalıdır”,-deyə vurğulayıb. DİA.AZ-ın məlumatına görə, politoloq Qabil Hüseynli “Cümhuriyət”ə açıqlamasında bildirib ki, İran Azərbaycana düşmən kəsilmiş bir ölkədir:

“Sərhəddəki son təxribatlar zamanı da Ermənistan İranın istehsal etdiyi dronlarından istifadə etdi. Həmçinin ermənilərin istifadə etdiyi artilleriya mərmilərinin böyük bir qismi də İrandan gətirilir. Ümumiyyətlə, İran çox təhlükəli ölkədir və müstəqil respublikamız üçün ciddi təhlükə təşkil edir. İran Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra bizə qarşı yağı düşmən kəsildi. Onlar yaxşı bilirlər ki, İran deyilən qurama dövlətin tərkibində 40 milyondan artıq azərbaycanlı yaşayır və Şimali Azərbaycanın qələbəsindən sonra bu xalqlar birləşə bilər. Ona görə də rəsmi Tehran erməniləri müdafiə edir”.