backend

Müstəqim Məmmədovun Tərtərin zavod ərazisisində, M.Hüseynzadə küçəsindəki sayı-hesabı bilinməyən "qayınana" obyektləri

Deyirlər səbr gözəl şeydir. Amma baxır harda?!Çünki bunu Tərtər rayon sakinlərinin yanında desək bizdən inciyərlər: "Bizi ələ salırsınız"-deyərlər. Səkkiz ildir ki, Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov ağ günümüzü qara edib. Hələ bir üstəlik də deyirsiniz ki, səbr gözəl şeydir?! Onları qınamırıq, haqq sözə nə deyəsən?! Axı nə qədər səbr eləmək olar? !2014-cü ilin may ayından Tərtər rayonuna icra başçısı seçilən Müstəqim Məmmədov xalqın xidmətində dayanmağı yox, xalqı özünün xidmətində dayanmağı üstün tutdu. Cənab Prezidentin göstərişlərinə məhəl qoymayan icra başçısı caamata sözün əsl mənasında zülm edir. Tərtərə etdiyimiz səfər ərəfəsində, bir adam olsun belə, Müstəqim Məmmədov barədə müsbət rəy söyləmədi. Adı dövlət işində olan insanları qul kimi Yevlaxdakı malikanəsində işlədən başçı Tərtər rayonundakı sayı onlarla olan, qayınanasın adına özəlləşdirdiyi mağazaları Tərtərdəki imkanlı şəxslərin və dövlət idarələrinin hesabına inşa elətdirmişdir. Yol kənarlarında əkilən ağacların qulluq olunmasına cəlb olunan insanların orada işlədilərək, pullarının icra başçısı tərəfindən mənimsənilməsini də, nəzərimizə çatdırdılar. Xalqına zülm etsə əgər Müstəqim, Gec-tez Allah ona, olacaq qənim!

Ardı olacaq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Namiq Məmmədli,
Qaynarxett.az-ın xüsusi müxbiri.