backend

Səttar Mehbalıyav növbəti intiharın baiskarı ola bilər

Səttar Mehbalıyav növbəti intiharın baiskarı ola bilər



Xocalı faciәsinin ildönümündə yenә xocalıların dәrdini soruşmadan Xocalıya әdalәt axtaracaqlar..."



Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki sanatoriyanın yataqxanasında məskunlaşan 38 məcburi köçkün ailəsi Moderator.az-a şikayət göndərib:

"Artıq 23 iıdir Sabunçu rayon Pirşağı qәsәbәsindәki sanatoriyanın yataqxanasında yaşayırıq. Yaşam mücadilәsi veririk desәk daha doğru çıxar. Uzun müddәtdir ki, tәmir olunmayan antisanitariya şәraitindә olan bu әrazidә bizi heç kim görmәyә çalışmır. İşğal il dönümlәrindә xarici qonaqlarımızdan tutmuş öz sәlahiyyәt sahiblәrimizә kimi acınacaqlı durumumuzu görüb şәraitimizi düzәldәcәklәrinә söz verәn çox olsa da dәyişәn heç nә olmur. ?trafımızda isә dәyişәn, inkişaf edәn çox şey olsa da. Pulunu verib әrazidә yer götürüb qeyri-qanuni restoranlar, kafelәr vә ticarәt obyektlәri tikәnlәr hәr gün burada kef mәclislәri qurub kababın qoxusunu әtrafdakı Qarabağdan olan mәcburi köçkün ailәlәrinә, uşaqlarına vermәkdәn hәzz alırlar elı bil. Allahın dәnizin dә bizә çox gördülәr, onu da hasarladılar. Bütün bunları elә bil qәsdәn edirlәr. Amma axrıncı baş verәnlәr әslindә bu cür addımların qәsdәn vә düşünülmüş olduğuna әsas verir.

Belә ki, AHİK- in sәdri Sәttar Mehbalıyevin әraziyә tәyin etmiş olduğu şәxs, gәlәn kimi ilk işi illәrlә anbar kimi mәcburi köçkünlәrin istifadәsindә olan, sonradan tәmizlәnәrәk ziyalıların asudә vaxtlarını keçirdiyi vә bu üzdәn öz aralarında Heydәr ?liyev mәrkәzi kimi tanınan mәkanın zorla boşaldılması oldu. Burda hәm dә şagirdlәrin asudә vaxtları tәşkil olunur, çoxu şәhid ailәsi olan uşaqlara pulsuz dәrs mәşğәlәlәri keçirilirdi. Mәhz bu cür tәdbirlәrdәn sonra burada yaşayan mәcburi köçkün uşaqları arasından ali mәktәbә girәnlәrin sayı artmışdı. Niyә mәhz әtrafda olan qeyri-qanuni tikililәr deyil, tәhsil mәqsәdli bu mәkan әlimizdәn alınır? Olmaya Səttar Mehbalıyev daha bir qarabağ qazisinin və ya şəhid övladının canına qəsd etməsini istəyir?

Cәnab Prezidentin mәlum fәrmanlarını xatırladaraq etdiklәri bu hәrәkәtlәri qanunazidd olduğunu bildirsәk dә bizә әhәmiyyәt verәn olmadı. Problemlә bağlı olaraq 38 mәcburi köçkün ailәsi Cәnab Prezidentә, Sәttar Mehbalıyevә vә Xocalı şәhәrinin millәt vәkili Elman Mәmmәdova müraciәt etmәlәrinә baxmayaraq heç bir nәticәsi olmadı vә hәlәlik heç bir qurum cavab da vermәdi. ?ksinә, bundan sonra aqressivlәşәn yeni tәyin olunmuş komendat bizә tәhqirlәr yağdırdı. ?n qәribәsi isә Xocalı şәhәr icra hakimiyyәtindәn haqqımızı aradığımız üçün bizi hәdәlәmәsi oldu. Xocalı faciәsinin ildönümü yaxınlaşır. Yenә xocalıların dәrdini soruşmadan Xocalıya әdalәt axtaracaqlar...

Hörmәtli redaksiya, sizdәn xahiş edirik ki, sәsimizi Cәnab Prezident İlham ?liyevә çatdırıb, haqqımızı aramaqda bizә kömәk edәsiniz."