backend

Şirvan şəhər 4 saylı rayonlararası Qeydiyyat Imtahan və texniki baxış Şöbəsinin rəisi Anar Cəfərovun tüğyan edən korrupsiya əməlləri

Bu gün haqqında söhbət açmaq istədiyimiz növbəti şəxs Şirvan şəhər 4 saylı rayonlararası Qeydiyyat Imtahan və texniki Şöbəsinin rəisi Anar Cəfərovdur.Yeni rəis təyin olunan polis polkovnik-leytenantı Anar Cəfərov bu yerə təyin olunana kimi BDYPİ-nin qeydiyyat imtahan idarəsində çalışıb. Daha dəqiq desək Anar Cəfərov qeydiyyat-imtahan məsələsində böyük staja malikdir.İndi isə gəlin Anar Cəfərovun verdiyi hoqqalardan, öz yanından qoyduğu qayda qanunlara nəzər salaq.İlk əvvəl sürücülük vəsiqəsi almaq istəyənlər mütləq və mütləq “prava maklerləri” ilə razılığa gəlməlidirlər.Düzdür. Bu gün ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə gedir, lakin bəzi qurumlarda bu hiss olunmur. Ən əsası da bu qurumda. Yəni daha aydın desək rüşvət vermədən prava almaq mümkün deyil.
Prava maklerləri isə pravalara özlərindən qiymət atıb tuturlar. 1300, 1400, bəzən isə 1500 manata kimi çıxır rüsum. Maraqlısı da bilirsiniz nədir. Prava maklerləri adlandırdığımız şəxsləri “MERO” rəisləri öz təyin edirlər. Öz inandıqları, etibar etdikləri şəxsləri qoyurlar. Həttə rayonlar üzrə MERO- lar dəyişdikdə avtomatik olaraq maklerlərdə dəyişir və yeni komanda yaradılır.Hələ onu da qeyd etmək istəyirik ki, Baş DAM Şahin müəllim Anar Cəfərovun qara kassasıdır.Şahin müəllim texniki baxış şöbəsində işləyirdi. Anar Cəfərov gələndən sonra Baş DAM vəzifəsinə təyin olundu.Bu bazarlıq və rüşvətxorluq artıq sakinləri cana yığıb.
Sakinlər şikayət edirlər ki, hətta konkret adamlar varki, bütün sualları cavablayırlar lakin onlara prava verilmir, min cür bəhanə gətirilir. Daha bir şikayətçi bildirir ki, mən pul verməmişəm deyə sualları cavablamaq üçün istədiyim kompüteri seçə bilmirəm. Mütləq ama mütləq əməkdaşın dediyi kompüterin arxasında oturmalıyam. Və sonunda imtahandan kəsilirəm. Sakinlər qeyd edir ki, imtahan oxumaq falan boş şeydir. Pulunu ver, daha doğrusu rüşvəti ver pravanı al.
Hələ bu harasıdır. Bəs siz bilirdiniz ki, burada maşınların texniki baxışı üçün rüşvət alınır ? Həttə eyni zamanda öz maşını üçün nömrə almaq istəyən şəxslərə dövlət rüsumundan əlavə rüşvət də alınır.
Maraqlısı bilirsiniz nədir. Ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə gedir. Lakin MERO-larda korrupsiya və rüşvət günü-gündən çiçəklənir.Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Anar Cəfərov kimi korrupsiyanı günü-gündən artıran şəxslər ciddi araşdırılmalı, barələrində tədbir görülməlidir.Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Qaynar xətt.az.Video Oynadıcı00:0002:56