backend

HƏBIB ƏHMƏDOVUN ERASI, YOXSA ÖZBAŞINALIQLARI?-NARAZILIQ VAR!

Tovuz,Qazax, Ağstafa, Şəmkir, Gədəbəy meşələrinin kütləvi şəkildə qırılması eləcə də çay yataqlarında qanunsuz faəliyyətlə bağlı dövrü mətbuatda adıçəkilən rayon sakinlərinin çoxsaylı şikayətlərinə rast gəlmək mümükündür. Məlumatlarda sakinlər bu rayonlarda ekoloji vəziyyətin dözülməz olduğunu bildirirlər. Son həftələrdə isə yağan leysan yaşıları nəticəsində sözügedən rayonların ərazilərində fəsadsız ötüşmədi.

Qəribə burasıdır ki, baş verən sel fəlakəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir açıqlama vermir. Sanki bu sellər hansısa başqa bir ölkədə baş verirmiş kimi. Bunun səbəbi nədir? Çayların mühafizəsinə birbaşa cavabdeh olan qurumun diqqətsizliyi, yoxsa…
Qeyd edək ki, əhalinin artımı və iqtisadiyyatın inkişafı yerüstü su obyektlərində, o cümlədən çayların məcralarında və sutoplayıcı sahələrində əhəmiyyətli dəyişikliklərə səbəb olur. Çay məcralarında su anbarları, bəndlər və suqəbuledici qurğular inşa edilir, çay hövzələrində təbii landşaftlar antropogen landşaftlarla əvəz olunur, meşələr qırılır, suvarılan ərazilər genişlənir, eroziya prosesi sürətlənir. Bütün bunlar nəticəsində çayların təbii rejimi pozulur, ətraf mühit pisləşir, yəni çay ekosistemlerində gedən maddə və enerji mübadiləsi pozulur. Antropogen amillər ilk növbədə çay ekosisteminin abiotik xüsusiyyətlərinə təsir edir, onun su,termik, radiasiya rejimi, gətirmə ehtiyatları və məcra proseslərini dəyişdirir. Çayın hidroloji rejimində baş verən dəyişikliklər çay ekosisteminin biotik xüsusiyyətlərində də əks olunur. Nəticədə çayların landşaft və rekreasiya – estetik funksiyaları zəifləyir və ya itirilir. Buna görə çayların bərpası – onların təbii və ya şərti – təbii vəziyyətə qaytarılması çayların idarə edilməsinin ən aktual problemlərindən birinə çevrildi.
Dünyanınsəsi.Az sözügedən rayonların çay massivlərində baş verən fəlakətlə bağlı xüsusi araşdırmalar aparır və yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdıracaq. Ona qədər isə bu sellərin baş vermə səbəbinin yalnız birini nəzərinizə çatdırmaq istərdik ki, o da təbiətə biganəlikdən başqa bir şey bir şey deyil.
Bəs təbiətə biganəlik haradan başlayır? Təbii ki, qeyri peşəkar idarəetmənin yol verdiyi bir çox məsələlərdən. Qeyd edək ki, sözügedən rayonların çayları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarət dairəsindədir. Buraya bu ilin iyul ayında Həbib Əhmədov rəis təyin edilib. O, daha əvvəll bu qurumda çalışıb. Həbib Əhmədovun buraya rəis olunmasına qədər adıçəkilən rayonların ərazilərində nələrin baş verdiyini xatırlatmağa ehtiyac yoxdur.
Baş verən ən birinci dəyişiklik ondan ibarətdir ki, Həbib Əhmədov rəis təyin olunduqdan çox keçməmiş Gədəbəy-Tovuz meşələrində qanunsuz fəaliyyət göstərən ictimai iaşə və xidmət obyektlərinin sahiblərini aylıq haqqa otuzdurmağı başarıb.Eləcədə çay yatqlarında olan qum, çınqıl və daş karxanalrının sahibləri “cənabı haq”la razlaşmadığından tam əksəriyyətinin fəaliyyəti dayandırılıb.
Bu o Həbib Əhmədovdurki, zonada hamı yaxşı tanıyır. Deyilənlərə görə onun çay yataqlarından oğurluq yolu ilə qum, çınqıl daşıyan maşınlarının qarşısını hələ heç kim kəsə bilməyb. Yəni Həbib Əhmədovun “Qum-çınqıl” bazarı daim açıq, işlək vəziyyətdədir. Redaksiyamıza verilən məlumatlara görə hər bir “kamaz” markalı maşına aylıq olaraq 100 manat, traktorçulara isə 300-500 arası “taksa” qoyduğu iddia edilir.

Redaksiyamıza bir qurup Şəmkir rayonun Şiştəpə kənd sakinləri tərəfindən şikayət daxil olub.
Şikayətçilər qeyd edirlər ki, son günlərdə respubilkamızda qeyr-sabit keçən hava şəraitinin törətmiş olduğu leysan yağışları nəticəsinə sell suları onların qəbiristanlığa gedən yolunu yuyub.Nəticədə yol yararsız hala salınıb.Məhz buna görə insanlar nə qəbirstanlığa gedə bilir nə də ki, ölülərini ziyarət edə bilirlər.
Hazırda qəbirstanlıq yolunun bərpası ilə bağlı Şiştəpə kəndinin bir qurup xeyriçi iş adamları yolun bərpa etdirməsinə vəsait ayırsalar da çınqıl daşınmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Həbib Əhmədov icazə vermir.
Məcburiyyət qarşısında qalan kənd sakinlərindən biri öz xüsusi mülkiyyətində olan torpaq sahəsindən çınqılın daşnmasına icazə verib.
Çox hörmətli, sayın Həbib Əhmədov! Siz bilirsinizmi ki, yeraltı və yerüstü sərvətlər dövlətə məxsusdur.Dövlətin mənbəyi isə xalqdır?!.

Göründüyü kimi yeni təyin edilən rəis çay yataqlarında olan “Qum-Çınqıl”ın mühafizəsində “əsgər” kimi dayanır. Amma bu nəzarətin şəxsi mənfəətə söykəndiyini heç kəs özündə inkar edə bilməz…

Redaksiya olaraq maraqlı tərəflərin də mövqeyini dərc edə bilərik.