backend

UEFA "Qarabağ"-"İnter" oynunun altından çıxa bilmir - Biabırçı "əsaslandırma"

UEFA "Qarabağ"-"İnter" oynunun altından çıxa bilmir - Biabırçı "əsaslandırma"




















UEFA-nın "Qarabağ" - "İnter" oyunu ilə bağlı meydan sahibi komandanın verdiyi şikayəti qəbul etməməsinin səbəbi bəlli olub

Bu barədə təmsilçimizin vəkili Qurur Qayə Günal məlumat verib.

Hüquq müdafiəçisi feysbuk profilində bunları yazıb: "Dəyərli dostlar UEFA əsaslandırmasını açıqladı. Oyundankənar vəziyyəti dəyərləndirmək hakimin qərarıdır. Matçın 48 saniyə erkən bitdiyinə dair də dəlilin olmadığını bildiriblər. Hamımız birlikdə izləyək, qol epizodundan sonra matça davam edildimi? Videoyazılardan daha açıq dəlil ola bilərmi? Deyəsən, UEFA bizimlə eyni oyunu izləməyib. Sabah (bu gün - red.) apelyasiya şikayəti verəcəyik!"/gün.az/