backend

Şamaxı rayon məhkəməsindən şikayət

Şamaxı rayon məhkəməsindən şikayət



















qaynarxett.az-nun elektron poçtuna Şamaxı şəhəri N. Nərimanov küçəsi 110 mənzil 9-da yaşayan İsrafilov Ozal İmran oğlunun səlahiyyətli nümayəndəsi Şamaxı rayon Dədəgünəş kənd sakini İsrafilov İmran Fərasət oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur. Məktubu olduğu kimi sizə təqdim edirik:

"Azərbaycan Respublikasının Baş prokuroru Cənab Zakir Qaralova, Azərbaycan Respublikası Ədliyyə naziri Cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Daxili işlər naziri Cənab Ramil Usubova

ƏRİZƏ


Yazaraq bildirirəm ki, 10 sentyabr 2014-cü il tarixdə İsrafilov Ozal İmran oğlu gecə 20-30 radələrində Başı-Şamaxı-Yevlax yolunun 123 km də Şamaxı şəhərinin çıxacaq hissəsində Şamaxı restoranın qabağında VAZ 2107- markalı 90 MU 702 dövlət qeydiyyat nişanı maşını ilə hərəkət edərkən qəflətən asfalt örtüyünə çıxan iki iribuynuzlu malı vurmuş, mallardan biri ölmüş biri isə yaralanmışdır.
Yol polisi mal sahibindən sürücüdən izahat alıb, protokol tərtib edib, çertyoj çəkib İXM-nin 153-cü maddəsi ilə baxılması üçün sənədlər məhkəməyə verilib.
Məhkəmə 3(074)-302-2014 N-li inzibati qaydada iş başlayıb.
Hakim işə obyektiv baxmadığı üçün Prezident Administrasiyasına müraciət etmişəm. 09.01.2015-ci il tarixdə 23226 nömrəli məhkəmə yol nəqliyyat hadisələri ekspertiziyası keçirilib məhkəməyə təqdim olunub.
Bütün bunlara baxmayaraq 05 2015-ci il tarixdə keçirilən məhkəmə iclasında hakim, T. Hüseynova məhkəməyə təqdim olunan sənədlərin natamam olduğunu bildirərək sənədləri geri yol polisinə qaytaracağını və bu işə ümumiyyətlə baxılmayacağını bildirdi. Təqsirkar mal sahibinin sifarişi ilə qərar verdi.
Hörmətli cənablar!
Məni narahat edən daha ciddi məsələ isə başqadır. İşin gedişatından mən belə hiss edirəm ki, oğlum İsrafilov Ozalı nə yolla olur olsun şərləyib tutmaq istəyirlər. Bunun qarşısını almağı, bu işi nəzarətinizə götürməyinizi Sizdən xahiş edirəm.
Belə ki, sizə göndərdiyimiz sənədlərə əsasən qanuna müvafiq

1. Obyekt qərar çıxarmasına
2. Çıxarılacaq qərarların qanunla müəyyən edilən vaxtda gecikdirmədən bizə göndərilməsinə
3. Ekspert keçirildiyini nəzərə alaraq 10 sentyabr 2014-cü il tarixdə yol polisinin meydançasında olan 90 MU 702 dövlət nişanlı maşınımızı məhkəmənin qərarı ilə yol polisinin meydançasından götürməyimizə köməklik göstərməyinizi xahiş edirəm.


R.S. Qanunsuz qərar veriləcəyi təqdirdə sizə məlumat veriləcək.
Qoşma:

1. Yol polisinin protokolu və çertyoju
2. Prezident Administrasiyasının cavabı
3. Ekspertin rəyi
4. Etibarnəmənin surəti


İmza: İsrafilov İmran
Əlaqə tel: (050) 665-64-99