Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Qəzza Samitinə sadəcə İsrail-Fələstin məsələsi kimi baxmaq sadəlöv və çox bəsit yanaşma adlandırmaq olar: “Qəzza Samitinə mədəniyyətlərin xüsusən də səmavi dinlərə mənsub xalqların sülh və birgə yaşayışının təmin olunması, qalıcı sülhün əldə olunması məqsədilə keçirilən bir Sammitdir. Biz bunun son iki ildə İsrail-Fələstin müharibəsinin dünyada hansı məcraya doğru getdiyinin, dinindən, mövqeyindən, harada yaşamasından asılı olmayaraq bütün mütərəqqi bəşəriyyətin həmrəy olaraq bu müharibəyə son qoyulması, haqq və ədalətin bərqərar olunması üçün ayağa qalxdıqlarının şahidi olduq. Əlbəttə müharibə və müharibə cinayətləri sonsuzadək davam edə bilməzdi və beynəlxalq ictimiyyətin bu harayına cavab verildi. Təxminən bir həftə öncə ABŞ-in Prezidenti Donald Trampın təşəbbüsü və liderliyi ilə ən qısa zamanda Qəzzada, İsrail-Fələstin müharibəsinin dayandırılması və bölgənin, bütövlükdə xalqlarının sülhə qovuşması üçün təcili ən yüksən tədbirin Qəzza Sülh Samitinin keçirilməsi qərara alındı. Bu məqsədlə hələ Sammitə qədər müharibənin dayandırılması və bölgədə sülhün əldə olunmasının təmin edən rəsmi sənəd Anlaşma layihəsi hazırlanmışdı. Sammitdən öncə ABŞ-ın Prezidenti dünyaya bəyan etmişdi ki, Anlaşmaya dörd ölkə ABŞ, Misir, Türkiyə və Qətər dövlətləri imza atacaq və Sammitdə qəbul olunacaq Anlaşma da əsasən imza atmış bu ölkələrin rəhbərliyi ilə həyata keçiriləcəkdir. Ona görə də bu Sammitə dəvət olunma və iştirak həqiqi mənada böyük tarixi hadisə kimi qiymətləndirilir”.

Məlahət İbrahimqızı hesab edir ki, İsrail-Fələstin münasibətlərində dövlətimizin və Dövlətimizin Başçısının daima sabit və ədalətli mövqe göstərməsi və bu mövqeni bütün beynəlxalq təşkilatlarda səsləndirməsi ölkəmizə çox böyük nüfuz gətirdi: “Bu mənada Qəzza Sammitində Azərbaycan Respublikasının Prezidentinin iştirakı həqiqi mənada qürurvericidir. Biz dünən Sammiti izləyərkən də iştirakçı dövlətlərin liderlərinin, xüsusilə də ABŞ Prezidentinin möhtərəm Prezidentimizə münasibətin canlı şahidi olduq. Bir daha minnətdarlıqla qeyd etmək istəyirəm ki, məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən, müdrik, zamanın çağırışlarına cavab verən və ədalətli siyasətinin nəticəsidir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır və sözsüz ki, bu hər bir azərbaycanlını çox sevindirir. Fürsətdən istifadə edərək, vurğulamaq istərdim ki, dünyanın ən yeni tarixin ən mühüm Sülh Anlaşmasına qarantor dörd ölkədən birinin qardaş və müttəfiq Türkiyə Cumhuriyyətinin olmasının xüsusi əhəmiyyəti var və sözsüz ki, bu türk dünyasının böyük uğurlarındandır”.