backend

Məktəb direktorundan hədə - "Basıb gözlərini çıxardaram!"

Məktəb direktorundan hədə - "Basıb gözlərini çıxardaram!"




















Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar Gününün gəlişi tək kişiləri xərcə salmır

Həmin gün Bakı məktəblərində şagirdləri də dərdə salır. Özü də həmin günlə bağlı “tədbirlər”ə artıq indidən başlanıb. Oxucular yazırlar ki, Nizami rayonundakı 201 saylı orta məktəbdə 8 Martla əlaqədar indidən pul yığılmasına başlanıb. Pul gətirməyənlərə isə attestat verilməyəcək.

Məktəbin direktoru Süsən Salmanova milli.az-a açıqlamasında belə bir halın olmasına inanmadığını deyib. “Gəlin, yoxlayın. Hələ marta xeyli var. Şəxsən tapşırmışam ki, heç bir şagirddən pul alınmasın. Əgər belə bir şey olsa, pul yığan müəllimin basıb gözlərini çıxardaram”.

S.Salmanova bildirdi ki, əgər kiminsə şikayəti varsa, gəlib ona desin. Bəlkə, elə hal var ki, xəbəri yoxdur.