backend

Ekspert: Maaşlar artmalıdır

Ekspert: Maaşlar artmalıdır






















“Məntiqlə yanaşdıqda bu olmalıdır”

Maaşların indeksasiya olunması məsələsi hökumətin qərarından asılıdır. Əlbəttə ki, indiki vəziyyətdə manatın məzənnəsi düşdüyündən bunun da qiymətlərə təsiri var. Bunun qarşısını almaq üçün hökumət hansısa tədbirlər görməlidir.

qaynarxett.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Oqtay Haqverdiyev “Azərbaycanda maaşlar indeksasiya oluna bilərmi?” sualını şərh edərkən bildirdi.

“Tədbirlərdən biri də o ola bilər ki, büdcədən maliyyələşən maaşlar müəyyən dərəcədə indeksasiya edilsin, artırılsın”- deyə, iqtisadçı-ekspert bildirir.

“Bu barədə proqnoz verməyə gəlincə, məntiqlə fikirləşdikdə hökumət bunu etməlidir, amma bunun olub olmayacağını demək çətindir”- Oqtay Haqverdiyev qeyd edir.