backend

İşdə şeytan barmağı var

İşdə şeytan barmağı var
























Tülkü düşüb leş üstünə
Bala-bala vurmağı var
Omba sümük, boş onurğa
İliyini sormağı var.

Belə kefi ayı görməz,
Görsə, şirə macal verməz
Hər oyuna çaqqal girməz
Yavaş- yavaş soymağı var

Cavan meymun “açqı” taxır
Kor olacaq əvvəl-axır
Donuz tapıb südlü naxır
Tabaq dolu qaymağı var

Qoyun yamacda mələyir
Keçilər haqqı diləyir
Toyuqlar yer eşələyir
İşdə şeytan barmağı var


Mirəli Abbas,
Ağsu rayonu