backend

Rusiyada çemodanda azərbaycanlının meyiti aşkar olundu

Rusiyada çemodanda azərbaycanlının meyiti aşkar olundu
























Cinayət işi açıldı

Rusiyanın Rostov vialyətində insanın aşağı ətraflarının olduğu çemodan aşkarlanıb. Bu barədə martın 2-də sosial şəbəkədə məlumat yayılıb.

qaynarxett.az Rusiya KİV-nə istinadən xəbər verir ki, mütəxəssislər əl izlərinə əsasən müəyyən ediblər ki, tapılmış aşağı ətraflar azərbaycanlıya məxsusdur. Cinayətə görə həbs cəzası çəkdiyi türmədən azadlığa çıxmış azərbaycanlı Rostov vialyətinin Şaxta şəhərində məskunlaşıb.

Məhkəmə tibbi ekspertizasının rəyinə görə, azərbaycanlı təxminən bir ay əvvəl ölüb.

Faktla bağlı cinayət işi açılıb.

Hələ ki, azərbaycanlının ölüm səbəbləri naməlum qalır. Həmçinin kimin meyiti doğradığı və çemodana qoyub atması məqsədləri hələlik aydın deyil.

Rusiya Daxili İşlər Nazirliyinin Şaxta şəhəri üzrə idarəsindən Vesti.Az-a bildiriblər ki, öldürülən şəxs Tağıyev Nail Cabir oğludur (1969-cu il təvəllüdlü). O, beş ildən artıq idi ki, Rostov vilayətində yaşayırdı. Tağıyev Rusiya vətəndaşı olub.