backend

Asif Ağayev rayonda rəsmən xaos yaradıb - Şamaxıda daha bir kənd aksiyaya hazırlaşır

Asif Ağayev rayonda rəsmən xaos yaradıb - Şamaxıda daha bir kənd aksiyaya hazırlaşır






















Göylər sakinlərindən sonra Avaxlı camaatı da İcra Hakimiyyətinə yürüş etmək fikrindədir

Ötən gün xəbər vermişdik ki, Şamaxıda etiraz aksiyası keçirilib. Rayonun Göylər kəndinin 200-ə yaxın sakinləri İcra Hakimiyyətinin binasına yürüş edərək, üzləşdikləri problemlərdən dolayı etirazlarını bildiriblər.

Bu gün gələn xəbərdə isə deyilir ki, Şamaxının daha bir kəndi ayağa qalxmağa hazırlaşır. Göylər kəndində yaşanan problemlər eyniylə Avaxlı kəndi üçün də xarakterikdir. Həmçinin Avaxlının da icra nümayəndəsi bu yaxınlarda işdən çıxarılıb və kənd camaatı bu hərəkətdən narazıdır.

Bu əsnada rayon sakinləri bildirib ki, onlar Facebookda event yaradaraq, imzatoplama kampaniyası təşkil etməyi qərarlaşdırıblar. Toplanılmış imzaları bir araya gətirib, prezidentə müraciət etməyi də düşünürlər. Həmin müraciətdə isə icra başçısı Asif Ağayev və müavini Qasım Qasımovun işdən çıxarılmasını xahiş edəcəklər.(jam.az)

Qarşı tərəfi dinləməyə hazırıq.