backend

Bakının nəqliyyat "dərd"i

Bakının nəqliyyat "dərd"i


Bildiyimiz kimi, Avropa Oyunları Avropanı əhatə edən 49 milli olimpiya komitələrindən olan atletlər üçün çox idman növlü tədbirdir və dörd ildə bir dəfə keçirilir. İlk dəfədir ki, Avropa Oyunlarının keçirilməsi hüququ Azərbaycana, Bakıya verilib.

Avropanın idman və mədəniyyət aləmi üçün tarixi hadisə hesab edilən ilk Avropa oyunları 2015-in açılış mərasimi iyunun 12-də keçiriləcək. Buna hazırlaşan ölkəmiz səbirsizliklə qəbul edəcəyi qonaqları gözləyir.
Ümumiyyətlə belə bir tədbirlərin keçirilməsinə əngəl olunmasına şərait yaradan səbəblər ortaya çıxır. Bu cür halları hər ölkə özünəməxsus şəkildə həll edir. Bizim ölkə də istisna deyil. Hər gün yeni bir problem ortaya çıxır. Bu problemlərdən biri də nəqliyyat problemidir ki, bununla hər gün üzləşirik. Düzdür bunları aradan qaldırmaq üçün yollar axtarılır yeni nəqliyyat növləri alınır. Sürücülər təlimatlandırılır. Amma bunlar da problemi tam aradan qaldırmır. Gün ərzində baş verən xoşagəlməz nəqliyyat hadisəsiləri artıq qlobal məsləyə çevrilib. Düzgün qərarlaşdırılmamış qazılan yollar, dözülməz tıxaclar, sürətlə sürən avtobus sürücüləri və bundan narazı olan sərnişinlər. Bununla kifayətlənsə, bəlkə də azalmış olar. Lakin bitməyən problemlərin arxası sanki getdikcə böyüyür. Bir çoxlarının şikayət mənbəyi olan sərnişin sıxlığı və avtobuslarda olan sürət həddinin çox olması artıq demək olar ki, danılmaz faktdır. Olimpiya ərəfəsində bu kimi problemlər həll olunmasa nəticə xoşagəlməz olar. Elə bu səbəbdən gördüyüm bu neqativ halları aradan qaldırmaq üçün bəzi nüanslara toxunmaq istərdim.
Belə ki, gördüyüm mənzərə Xətai Rayonu Əliağa Şıxlinski ərzisinə işləyən avtobusların çatışmamazlığı ilə bağlıdır. Marşurut öz sürəti ilə həmin yollardan keçdikçə o küçənin adını necə daşıdığına bir daha önəm verdiklərinə diqqət yetirdim. Axı bu General adını daşıyırdı. O general ki, Rus-Yapon müharibəsi zamanı 2 topla düşmənin 18 topuna qarşı müqavimət göstərərək, öz mövqeyindən geri çəkilməyən, hərbi Akademiyanı oxumadan, Çar Rusiyası ordusunda ali rütbəli zabit heyətinə daxil olan və vuruşmağın mümkünsüz olduğunu nəzərə alan Şıxlinski minalanmış körpülərin partladılmasına icazə vermədi və yeni sovet höküməti digərlərindən fərqli olaraq Əli ağa Şıxlinskiyə toxunmadı. İndi isə sözü gedən bu ərazidə 104 nömrəli marşurutun gediş və qayıdış xəttinin eyni olmaması və 36 saylı avtobusun gec-gec işləməsi oldu. Bunu yaxın qohumumun evinə gedərkən canlı şahidi oldum. Bu ərazi sanki çöllük- biyabanlığa, insan ayağı dəyməyən əraziyə bənzəyir. Dayanacağı belə olmayan bu ərazinin dayanacağı “yeşiklilər” adlanmağı mənə təəccüblü səsləndi. Burada dayanacağın olmaması vətəndaşa və avtobus sürücüsünə müəyyən problemlər yaradır. Həmin problemin bir qismini təcrübə vasitəsi ilə öyrəndim.
Mən həmin ünvana 104 nömrəli avtobusla getdim. Lakin qayıdarkən 104 nömrəli avtobusun geri qayıtmadığını və yalnız 36 nömrəli avtobusun işlədiyi nəzərimdən qaçmadı. Sözügedən ərazidə marşurut xətti niyə bir istiqamətə işləyir? Belə hallar nə üçün Nəqliyyat Nazirliyinin gözündən yayınıb? Mən artıq İki çıxış yolu arasında qalmışdım. Qohumum mənə ya piyada olaraq Həzi Aslanov metrosuna getməklə, ya da ki bu 36 nömrəli marşurutla Xalqlar Dostluğu və ya Neftçilər metrosu ilə gedəcəyimi bildirdi. Artiq zaman daraldığından mən 36 nömrəli marşuruta minmək qərarına gəldim. Bu marşurutun kiçik tutumlu olması da diqqətimdən yayınmadı. Sərnişin sıxlığını yaradan səbəb məhz bu kiçik tutumlu avtobusun həm sürətli şəkildə işləməsi, həm də gec-gec gəlməsi idi.
Mənim fikrim orada sürücünü qınaq obyektinə tutmaq deyildi. O öz işinin öhdəsindən layiqincə gəlirdi. Orada sürücünü təqsirkar hesab etmək məncə yanlış qərar olardı. Lakin eyni nömrəli avtobusun sürücüsü ilə digər eyni nömrəli avtobusun sürücüsü arasında narazılıq, mübahisə hətta dava ilə nəticələnə biləcək həddə çatır.
Bu cür halların qarşısını almaq bizim yox, dövlət qurumlarının vəzifə borcudur. Ümidvaram ki, bu yazımdan bir nəticə çıxararlar.