backend

Edama məhkum edilmiş kişi öz cəlladlarına hücum etdi - VİDEO

Edama məhkum edilmiş kişi öz cəlladlarına hücum etdi - VİDEO
























Kütlə fit və qışqırıq səsləri ilə müttəhimi dəstəkləyib

İranda edama məhkum edilmiş gənc kişi öz cəlladlarına hücum edib.

Qaynarett.info wordpress-ə istinadən xəbər verir ki, o, cəlladları yerə yıxaraq qandallardan azad olub.

Günahı bildirilməyən cinayətkar inadkarcasına müqavimət göstərməyə davam edib.

Bu kadrların İranın hansı şəhərində çəkildiyi hələlik məlum deyil. Kütlə fit və qışqırıq səsləri ilə müttəhimi dəstəkləyib, amma o, uzun müddət müqavimət göstərə bilməyib. Bir neçə saniyədən sonra dar ağacının yanına qaçaraq gələn əsgərlər ölüm hökmü oxunan cinayətkarı zərərsizləşdiriblər.

Dəhşətli görüntülərdir. İtirməyə heç nəyi qalmayan insanın nələrə qadir olduğuna özünüz baxın...

Xatırladaq ki, 2015-ci ilin ilk yarısında İranda 400 müttəhim edam edilib və bu rekord olub, 2014-cü ildə edam edilənlərin sayı 289 nəfər idi.