backend

Vidadi Zeynalovla Ceyhun Cəfərovun Çexiya biznesi

Vidadi Zeynalovla Ceyhun Cəfərovun Çexiya biznesi

















Rabitə və Texnologiyalar nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovla bağlı şok məlumat

Məlumatda qeyd olunur ki, Vidadi Zeynalov qaynı Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərovla birlikdə Çexiyanın Praqa və Brno şəhərlərində otelçilik biznesi ilə məşğuldur. Aparat rəhbəri ilə icra başçısının Çexiyadakı biznesi təkcə otelçiliklə bitmir. Belə ki, bu iki qohum məmur bu ölkədə bir neçə böyük pub bar və restoran da alıblar. Qeyd edək ki, Vidadi Zeynalovun Çexiyadakı biznesini Ceyhun Cəfərovun ən yaxın qohumu və dostu idarə edir. Vidadi Zeynalov hər il məzuniyyətini Çexiyada keçirir və buradakı biznesi ilə yaxından maraqlanaraq çatışmayan işləri yoluna qoymağa çalışır. Hər iki məmurun Çexiyadakı otelçilik və pub biznesinə ümumilikdə bir neçə milyon dollar yatırım yatırdığı deyilir.
Bundan başqa Vidadi Zeynalovla Ceyhun Cəfərov Çexiyada məşhur istirahət mərkəzi Karlovy Varyada tiroaq sahəsi alaraq burada yan-yana dəbdəbəli iki villa tikdiriblər. Həmçinin keçən ilin sonlarında Vidadi Zeynalovun paytaxtın Nəsimi rayonunda 400 kvadrat metrlik böyük bir obyekt aldığı və hazırda həmin obyektin kirayə verildiyi bildirilir. Aparat rəhbərinin paytaxta 30-a yaxın luks mənzillərinin, həmçinin Nabranda torpaq sahəsinin olduğu deyilir. Onun qara bazarda obyekt bina ev alqı satqısı işlərini əslən Yevlax rayonundan olan bir maklerin həyata keçirdiyi iddia olunur. Qeyd edək ki, Vidadi Zeynalovun bir vaxtlar Azərbaycan İqtisadi Universitetində indiki nazir Əli Abbasovla işlədiyi dövrlərdə Şəmsəddin Hacıyevlə birləşərək hazırkı bosuna qarşı çıxdığı və onun haqqında mətbuata ötürülən bəzi informasiyalarda əlinin olduğu deyilir. Həmçinin Vidadi Zeynalovun Azərbaycan İqtisadiyyat Universitetində o zamankı rektor Əli Abbasova qarşı bəzi “məcaraları” ilə bağlı da məlumat verilir. Bu barədə növbəti sayımızda daha geniş məlumat verəcəyik.

Bizi izləyin.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.