backend

Piyada yolunda kafe açdılar

Piyada yolunda kafe açdılar

Bakının mərkəzində özbaşınalıq









Söhbət Dilarə Əliyeva küçəsindəki kafelərdən birinin sahibinin tutduğu əməldən gedir
Bakıda pul qazanmaq istəyən şəxslərin müxtəlif cür özbaşınalıqlarının şahidi olmuşuq. Növbəti özbaşınalıqda isə paytaxt Bakıda, şəhərin düz mərkəzində qarşılaşdıq. Musavat.com xəbər verir ki, şəhərin mərkəzində piyadalar üçün nəzərdə tutulan səki kafe sahibləri tərəfindən zəbt edilib. Hazırda piyadaların istifadəsi üçün nəzərdə tutulan səkidə masalar qoyulub, kafenin müştərilərinə xidmət göstərilir.

Söhbət paytaxtın düz mərkəzində “28 May” metrosunun yaxınlığında Dilarə Əliyeva küçəsindəki kafelərdən birinin sahibinin tutduğu əməldən gedir.
Dilarə Əliyeva küçəsində Səməd Vurğun bağının yanında piyadaların hərəkəti üçün iki səki salınıb. Səkinin bir hissəsi həmin küçədə olan kafe tərəfindən bağlanıb. Ehtimal ki, kafe sahibi piyadalar üçün iki səkinin çox olduğunu düşünüb. Buna görə də birini zəbt edib.

Hazırda kafenin fəaliyyəti piyadaların hərəkətinə mane olur. Səməd Vurğun parkından yolu keçən piyadalar kafenin yeni zəbt edilən hissəsinə çıxırlar. Sakinlər isə vəziyyətdən narazıdırlar. Səkidən istifadə etmək istəyən piyadalar məcburən ya kafenin qarşısından keçəlidir, ya da yolu dəyişərək əks istiqamətdən yola davam etməlidirlər.

Yaxınlıqdakı binanın sakinləri isə kafenin səs-küyündən narahatdır.

Maraqlıdır, paytaxtın mərkəzi hissəsində olan bu özbaşınalıq müvafiq qurumların nədənsə diqqətini çəkmir.

Sirr deyil ki, Bakıda daşı-daş üstünə qoymaq icra hakimiyyətlərinin icazəsi olmadan əlbəttə mümkün deyil…

Piyada yolunda kafe açdılar
Piyada yolunda kafe açdılar
Piyada yolunda kafe açdılar