backend

Dərs ili əslində iyun ayının 15-i bitir

Dərs ili əslində iyun ayının 15-i bitir

Şagirdləri çaşdıran növbəti səhv – Video












Ancaq bu ilki bəzi məktəbli kitabçalarında dərslərin bitmə tarixi səhv yazılıb. Bəzilərində son dərs günü 8, bəzisində isə 11 iyun kimi göstərilib. Bu isə şagirdlər arasında çaşqınlıq yaradıb. Məktəbli kitabçalarında yol verilən qüsura müəllimlərin fikiri birmənalıdır. Onlar bu səhvin şagirdlər arasında çaşqınlıq yaratdığını deyirlər. Həmçinin bu da onların dərsə olan münasibətini də zəiflədə bilər. Onlar gündəliklərin hamısının standart formatda çıxmasının tərəfdarıdırlar. Məsələ ilə bağlı məktəbli kitabçasını çap edən nəşriyyat evlərinin biri ilə əlaqə saxladıq. Onlar yol verilən səhvin çap texnikasından qaynaqlandığını dedilər. Təhsil Nazirliyinin mətbuat xidmətindən isə bildirildi ki, nazirlik gündəlikdə yol verilən səhflərə cavabdeh olmasa da, məsələ ilə bağlı araşdırma aparılacaq.