backend

Sahibkarlar zülmlə qarşı qarşıya ŞİKAYƏT

Sahibkarlar zülmlə qarşı qarşıya ŞİKAYƏT
Prezident İlham Əliyevin sahibkarlara verdiyi böyük dəstəyi hiss edən sahibkarlar yerli məmurların özbaşınalıqlarından cana doyaraq prezidentə bir başa şikayət edirlər.
Şamaxı sakini olan, müharibə veteranı yerli məmurlardanşikaət edir. Onun şikayətini Xalqxəbər.az olaraq sizə təqdim edirik.
Cənab Ptezident!
Nazirlər Kabinetində keçirilən iclasda Sahibkarların fəaliyyətinə məmurlar tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması barəsində söylədiyiniz fikirlərdən və verdiyiniz tapşırıqlardan sonra, Şamaxı rayon sabiq icra başcısı Asif Məmmədov tərəfindən sahibkarlıq obyektimin fəaliyyət göstərməsinə qoyulmuş qanunsuz qadağanın aradan qaldırılması barəsində Sizə müraciət ünvanlamışdım. Müraciətimdən sonra Şamaxı rayon İH -nin müavini mənə zəng vuraraq ticarət obyektimi təyinatı üzrə işlətməyim üçün heç bir problem olmadığını bildirərək fəaliyyətimə davam etməyimi bildirdi. Mən isə gələcəkdə heç bir problem yaşanmaması üçün ticarət obyektimin təyinatı üzrə fəaliyyət göstərməsinə icazə verilməsi haqqında rəsimi cavab verilməsini xahiş etdim.Bundan sonra icra hakimiyyətinin başcısının müavini bu haqda icra başcısı Asif Ağayevlə danışdıqdan sonra mənidə ora dəvət edərək məsələni həll edəcəklərini bildirsədə hələki bu məsələ öz həllini tapmayıb. Odur ki, bu barədə Sizə yenidən müraciət etmək məcburiyyətində qaldım.
Cənab Prezident!
Mən 20 ildir sahibkarlıq fəaliyyətilə məşğul oluram,
Şamaxı rayonunda evimizin qarşısında inşaa etdirdiyim komersiya obyektimi təyinatı üzrə fəaliyyət köstərməyinə imkan vermirlər,Sizə ünvanladığım çox saylı müraciətlərimə baxmırlar, hətta 2011-ci il 13 sentyabr Sizin Şamaxı rayonuna səfəriniz zamanı maşın kərvanınızın qarşısına çıxaraq müşavirinizə təqdim elədiyimiz şikayət ərizəmizədə baxmadılar, artiq 4 ildir ki, bu məsələ həll edilməz qalıb.
Cənab Prezident!
Mən müharibə iştirakçısıyam, ali təhsilim var, yeganə gəlirim kiçik sahibkarlıqdandır ki, onunlada məşğul olmağa imkan vermirlər,hal-hazırda işsizəm,mənimlə birlikdə işləyən qardaş və bacılarım, onların ailə üzvülərinin hamısı işsiz qalıblar.Yaxın qohumlarımdan əlavə bu komersiya obyektində rayon əhalisi üçün bir neçə iş yeri açılacaq.
Cənab Prezident!
Mən bir müharibə iştirakçısı kimi Sizdən artıq dərəcədə xahiş edirəm ki, sahibkarlıq fəaliyyətimə edilən qanunsuz müdaxilələrə son qoyulması və komersiya tükanımın təyinatı üzrə fəaliyyət göstərməsi barəsində mənə köməklik edəsiniz.