backend

Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus olan “Çudo Peçka” MMC-nin daha bir kafe-mağazası açılıb

Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus olan “Çudo Peçka” MMC-nin daha bir kafe-mağazası açılıb
MMC-nin yeni məntəqəsi Nərimanov rayonu ərazisində Təbriz küçəsində yerləşir.
Sabiq nazirin “Çudo Peçka” biznesinin çökməsi haqda mətbuatda xəbərlər yayılsa da, görünən budur ki, H.Babayev biznesini inkişaf etdirməkdə davam edir.

Qeyd edək ki, bu şəbəkənin “İnşaatçılar”, “İçərişəhər”, “Sahil”, “28 May”, “Nəriman Nərimanov”, “Qara Qarayev”, “Əhmədli”, “Elmlər Akademiyası” və “Neftçilər” metrostansiyalarının çıxışlarında da kafe-mağazaları var.

Xatırladaq ki, “Çudo Peçka” şəbəkəsi 2000-ci ilin əvvəllərində iş adamı Çingiz Cəlilov tərəfindən qurulub. İlk fəaliyyətə başladığı vaxtlarda böyük müştəri axını görən “Çudo Peçka” şəbəkəsi sonradan müştəri itirməyə başladı. Ç.Cəlilov şəbəkəni qurmaq üçün “Bank Standart”dan götürdüyü 2.5 milyon dollar krediti qaytara bilmədi, şəbəkəsinin məntəqələrində tez-tez yoxlamalar aparıldı, cərimələr tətbiq edildi.

Ç.Cəlilov kredit borcunu qaytara bilmədiyi üçün MMC-yə daxil olan şəbəkələr “Bank Standart”ın girovluğunda qaldı. “Bank Standart” Heydər Babayevin iqtisadi inkişaf naziri olduğu zamanlarda onun biznes şəbəkəsinə daxil idi. Xatırladaq ki, Heydər Babayev 1999-cu ildə Heydər Əliyev tərəfindən Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdu. 2005-ci il oktyabrın 19-da Heydər Babayev prezident İlham Əliyev tərəfindən iqtisadi inkişaf naziri postuna təyin olundu. 2008-ci ildə isə bu postdan uzaqlaşdırıldı.

Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus olan “Çudo Peçka” MMC-nin daha bir kafe-mağazası açılıb