backend

300 min manatlıq deleduzluq eden şexse 9 il hebs verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Əlizamin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror məhkəmədən təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Daha sonra Ə.Cəfərovaya sön söz verilib. O, özünü təqsirli bilməyərək barəsində barəət hökmünün çıxarılmasını xahiş edib: "Fəxrəddin Sultanovun qurbanı olmuşam. İlkin istintaq zamanı üzləşmə düzgün aparılmadı. Özümü təqsirli hesab etmirəm. Məhkəmədən mənə bəraət verilməsini xahiş edirəm".
Məhkəmə heyəti müşavirəyə yollanıb. Məhkəmənin hökmü ilə Ə.Cəfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ə.Cəfərov 2009-cu ildən "Araz" Açıq Səhmdar Cəmiyyətinin (ASC) satış meneceri vəzifəsində çalışıb. O, şirkətin 271 min 402 manat dəyərində malını mağazalara sataraq, pulunu mənimsəyib. Ə.Cəfərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.
300 min manatlıq deleduzluq eden şexse 9 il hebs verildi