backend

Ağdaşda baş verən yol qəzasında bir nəfər ölüb

Ağdaşda baş verən yol qəzasında bir nəfər ölüb


Ağdaşda yol qəzası nəticəsində bir nəfər ölüb.

qaynarxett.az-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Ağdaş rayonunun Türyançay kəndində “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək daş hasara çırpılıb.

Nəticədə maşında olan 1944-cü il təvəllüdlü Quliyeva Südabə Qabil qızı hadisə yerində ölüb.

Onun meyitini avtomobildən FHN-nin xilasetmə qüvvələri tərəfindən çıxarılıb.