backend

Bağdaddan Türkiyəyə qadağa

Bağdaddan Türkiyəyə qadağa

Bağdad Vilayət Məclisi Türkiyəyə qarşı sanksiya tətbiq edib.

qaynarxett.az xəbər verir ki, məclis türk mallarının şəhərə idxalına və türk firmaları ilə hər hansı bir müqavilənin imzalanmasına qadağa qoyub.

Bu qərarın Türkiyənin İraqın suverenliyini pozduğu üçün verildiyi bildirilib.

Lakin rəsmilər İraqın idxal etdiyi malların yarıdan çoxunun Türkiyədən gəldiyini və bu qadağanın bazarlarda əks olunmayacağını deyirlər.

Qeyd edək ki, Türkiyə dekabrın 4-də peşmərgəyə hərbi təlimlər keçməsi üçün Mosulun Beşika bölgəsinə əsgərlərini göndərib. Rəsmi Bağdad Türkiyənin mərkəzi hökumətdən icazə almadığını bildirib və əsgərlərini çıxarmağı tələb edib.