backend

"Ulu öndər mənə dedi ki, yaxşı quraşdırdın" - Səyyad Salahlı

"Ulu öndər mənə dedi ki, yaxşı quraşdırdın" - Səyyad Salahlı

"Heydər Əliyev 20-ci əsrdə Azərbaycan xalqının yetirdiyi dahi şəxsiyyət və uzaqgörən siyasi dövlət adamıdır. O, sadə şəxsiyyət deyildi, fenomenal bir insan idi. Heydər Əliyev Azərbaycanın gələcəyini duyan, bu ölkənin dünya miqyasında tanınması üçün böyük işlər görüb".

Bunu hafta.az-a açıqlamasında ümummilli lider Heydər Əliyevin qəbrini ziyarət edərkən Dini Qurumlar üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib. Səyyad Salahlının sözlərinə görə, hətta o, sovetlər dönəmində Azərbaycan ordusunun özülünü qoyub:

"Bu məqsədlə Cəmşid Naxçıvanski adına hərbi məktəbini açaraq milli hərbi kadrlarımızın yetişməsində müstəsna rol oynayıb. Azərbaycan universitetlərində olmayan sahələr üzrə gənclərimizi təhsil almağa gönfərirdi. Bu böyük işlər idi. Bütün bunların hamısı ölkəmizin müstəqilliyinin ilk illərində öz bəhrəsini verdi. Ümummilli lider Azərbaycan xalqını faktiki məhvolmadan xilas etdi. Azərbaycanı içdən parçalamaq istəyənlər özlərini bir regionun lideri olaraq təqdim edirdilər. Bu Azərbaycanın parçalanıb yox olması demək idi. Amma Heydər Əliyev buna yol vermədi. Talış, ləzgi, Gəncəbasar separatçılarını yerində otuzdurdu. Sürət Hüseynovu, Ələkrəm Hümbətovu, OMON-çuların rəhbəri Rövşən Cavadovun xain və mənfur planlarını puç etdi. Ulu öndər dedi ki, Azərbaycanın müstəqilliyi dönməz və sarsılmazdır. O, bu fikirlə Azərbaycanın varlığını ortaya qoydu. Heydər Əliyev ölkəmizin iqtisadi və sənaye qüdrətini daha da möhkəmləndirdi. İndi Azərbaycanın gələcəyi daha parlaqdır".

Səyyad Salahlı Heydər Əliyevlə ilk görüşünün xatirəsini də birinci dəfə mediaya bizim, yəni hafta.az-ın vasitəsi ilə çatdırdı:

"Ulu öndərlə ilk görüşümüz 26 iyun 1992-ci ildə olub. O zaman təxminən bir həftə idi ki, Səs qəzetində işləyirdim. Fikrət Seyidov, Məzdək Hüseynov, akademik Nadir Seyidov və mən Naxçıvana ulu öndəri1992-ci ildə olub. O zaman təxminən bir həftə idi ki, Səs qəzetində işləyirdim. Fikrət Seyidov, Məzdək Hüseynov, akademik Nadir Seyidov və mən Naxçıvana ulu öndəri ziyarətə getmişdik.

Maraqlı görüşümüz oldu. Onda Heydər Əliyev mənə dedi ki, sən hardansan? Dedim ki, İmişdidən. Dedi hardan, təkrar etdim ki, İmişdidən. Dedi niyə İmişlidən yox, İmişdidən? Söylədim ki, bu barədə müxtəlif variantlar var. Dedim ki, bir qaynağa görə də bu rayonun adı qədim türk tayfalarından olan imaşlılarla bağlıdır. Hətta bir filmimizdə də bu keçir. İmişli, İmişdi və son nəticədə də İmişli olub. Müxtəlif formalardan sonra İmişli kimi qaldığını dedim. Güldü, söylədi ki, pis quraşdırmadın. Həmin görüşə xoş bir ovqat qatdı. Bu görüşümüz 23 il bundan qabaq olub".