backend

Venesuela parlamenti öz işini dayandırıb

Venesuela parlamenti öz işini dayandırıb



Venesuelanın Ali Məhkəməsi ölkə parlamentinin bütün qərarlarını etibarsız elan edib. Bu qərar müxalifət partiyasından olan üç deputat işdən kənarlaşdırılanadək qüvvədə qalacaq.

qaynarxett.az "Report"-a istinaden xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

"Bu vətəndaşlar işdən çıxarılmayanadək, Milli Məclisin qəbul etdiyi və ya etməli olduğu qərarlar tamamilə qanunsuzdur", — deyə məhkəmənin bəyanatında bildirilir.
Ali Məhkəmə ötən ilin dekabrında dörd qanunvericinin mandatını əngəlləyib. Onlardan üç nəfəri müxalifətdən, biri isə hökumətə sadiq fraksiyadandır. Məhkəmə Sosialist Partiyasının parlament seçkilərində səsvermə zamanı qanun pozuntularının baş verməsinə dair bəyanatlarından sonra qərar qəbul edib.