backend

“Neftin qiyməti 250 dollara qalxa bilər”

“Neftin qiyməti 250 dollara qalxa bilər”


Səudiyyə Ərəbistanı və İran arasında birbaşa konflikt neftin qiymətinin 250 dollara qədər qalxmasına səbəb ola bilər.

Qaynarxatt,info “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu “Oylprays” internet nəşrinin analitiki Ceyms Stefford öz yazısında bildirib.

Analitik iki ölkə arasında baş verə biləcək müharibənin neftin təchizatında problemlər yaradacağını deyib:

“İki ölkə arasında birbaşa münaqişə neftin təchizatında problemlər yaradacaq. Bu isə neft bazarına öz təsirini göstərəcək. Belə olan halda qiymətlər 250 dollara qədər qalxa bilər. Lakin sonradan 100 dollara qədər düşəcək”.

“Ər-Riyad və Tehranın bir-birlərinin neft buruqlarına hücumu qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər“, - analitik əlavə edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də aralarında şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimrin də olduğu 47 nəfəri edam edib. Bundan sonra Tehrandakı Ər-Riyad səfirliyi yandırılıb. Səudiyyə buna cavab olaraq İranla diplomatik əlaqələri kəsib.