backend

Terror olacağı bəhanəsi ilə çempionat Türkiyədən alınıb İspaniyaya verildi

Terror olacağı bəhanəsi ilə çempionat Türkiyədən alınıb İspaniyaya verildi



Terror bəhanəsi ilə Türkiyədə keçiriləcək olan turnir başqa ölkəyə verilib.

qaynarxett.az Musavat.com-a istinaden xəbər verir ki bu barədə məlumat Türkiyə mətbuatında yer alıb.

Məlumata görə, daha əvvəl 29 fevral - 6 mart tarixlərində Ankarada təşkil olunacağı nəzərdə tutulan 2B kateqoriyası Dünya Qadınlar Buz Xokkeyi Çempionatı Türkiyədən alınaraq, İspaniyaya verilib.

Verilən məlumatlara əsasən, bu addıma səbəb Türkiyədə baş verən terror hadisələri olub.
Edilən etirazlara baxmayaraq, bu qərar dəyişdirilməyib.