backend

Aysel Əlizadənin " Qadın Peyğəmbər " kitabının təqdimatı olacaq

Aysel Əlizadənin " Qadın Peyğəmbər " kitabının təqdimatı olacaq


24 yanvar 2016-cı il, saat 15:00-dan 17:00-dək "Kitabevim.az" Kitab Marketində Əlizadə Aysel Alim qızının " Qadın Peyğəmbər " romanının təqdimatı və imza günü keçiriləcək.

"Qadın Peyğəmbər" femin əsər sayılmasa da, ideya ikinci cinsin (iki cisdən biri kimi) ictimai-siyasi gücünün, dünyəvi və dini dünya görüşünün, mənəvi və ruhani aləminin önə çəkilməsidi. Müəllif Tanrıyla insan, insanla insan, kişi ilə qadın münasibətlərinə tamamilə yeni açıdan baxır. Ədəbi janrların sintezində yazılan roman mifdən elməcən maraqlı məqamları çağdaş insanın düşüncələrində, yaşamında əks etdirir.
"Qadın Peyğəmbər" bütün insanların fonunda peyğəmbərlik dərəcəsinə yüksələ bilmiş - kamil insanın manifestidir.
Roman "hər insanın zirvəyə yolu var" mesajı verir.

Tədbirə giriş sərbəstdir.

Ünvan: Nəsimi rayonu, Puşkin küçəsi, 32 a, AK centre 2-ci mərtəbə (28 May metrostansiyası).