backend

Təqaüdçü 700 min dollarını kəndlilərinə bağışladı

Təqaüdçü 700 min dollarını kəndlilərinə bağışladıSerbiyanın dağ kəndində 70 dollar pensiya gəliri ilə kərpic evdə təkbaşına yaşayan 86 yaşlı Mariya Zlatiç Avstraliyadakı ərindən qalan təxminən 700 min dolları ona kömək edən kəndlilərə paylayıb.

Modern.az xəbər verir ki, Mariya Zlatiçin Avstraliyada dülgərlik edən əri 2011-ci ildə ölüb.

Zlatiç kəndlilərin köməyi ilə Avstraliyanın Belqrad səfirliyinə müraciət edib və pul onun hesabına yatırılıb.

Zlatiç mətbuata açıqlamasında “yaxında gedəcəyim yerdə pula ehtiyacım olmayacaq. Buna görə də bütün pulu mənə kömək edən kəndlilərə payladım. Hələlik təqaüdçü maaşım mənə çatır” deyib.