backend

Bakıda məşhur ticarət mərkəzi yanıb

Bakıda məşhur ticarət mərkəzi yanıb
FHN məlumat yaydı.

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda "Amay” ticarət mərkəzinin dördüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan ofisdə baş verib.

Nəticədə ofisin dəhlizində taxta üzlük 8 kv.m sahədə və üzlüyün altından keçən elektrik kabeli 15 p.m yanıb. Qalan hissələr yanğından mühafizə olunub.