backend

Sarkisyanın həyat yoldaşı Tiflisdə Mehriban Əliyeva haqqında nə danışdı?

Sarkisyanın həyat yoldaşı Tiflisdə Mehriban Əliyeva haqqında nə danışdı?Ermənistan prezidenti Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan Gürcüstanın keçmiş prezidenti Sandra Rulofsun ofisində Azərbaycanın birinci xanımı Mehriban

Əliyevanın fotolarını görəndə təəccüblənib

Bunu Sandra Rulofs “Rustavi-2” telekanalındakı “Vanos şou” proqramında bildirib.

“Mən ona (Rita Sarkisyana) öz ofisimi göstərdim. Sonra biz divardakı fotolara baxdıq və orada Azərbaycanın birinci xanımının beş fotosu var idi. O, öz sələfi Bellanın da (Bella Koçaryan) bir fotosunu gördü. Amma özünün fotosu yox idi”.


Sandra Rulofs xatırlayır ki, Rita Sarkisyan Mehriban Əliyevanın fotolarını təəccüblə qarşılayıb

Saakaşvilinin xanımı ona izah edib ki, Mixail Saakaşvili və onun Azərbaycan prezidenti və xanımı ilə yaxın münasibətləri olub. Onlar tez-tez görüşüblər və birgə fotoları da çoxdur.
Sandra Rulofsun sözlərinə görə, Rita Sarkisyan o qədər təəccüblənib ki, həmin gün şam yeməyində də Mehriban Əliyevadan danışıb, Gürcüstanın birinci xanımının ofisində Mehriban Əliyevanın fotolarını gördüyünü şam yeməyində iştirak edənlərə deyib.
Sarkisyanın həyat yoldaşı Tiflisdə Mehriban Əliyeva haqqında nə danışdı?
Sarkisyanın həyat yoldaşı Tiflisdə Mehriban Əliyeva haqqında nə danışdı?