backend

Dayı 13 yaşlı bacısı qızına təcavüz etdi

Dayı 13 yaşlı bacısı qızına təcavüz etdi
Türkiyədə iyrənc hadisə baş verib.

Türkiyənin Muğla şəhərində 13 yaşlı qız mədə ağrıları səbəbi ilə xəstəxanaya gedib. Xəstəxanada hamilə olduğunu öyrənən qız dayısı tərəfindən 4 ildir təcavüzə uğradığını etiraf edib.

Zərərçəkən: "Dayım bizim evdə qalırdı, anam evdə olmayanda otağıma gəldi, yanımda oturub sığallamağa başladı, sonra "çığırma!" dedi və təcavüz etdi. Başqa vaxtlarda məni təhdid edərək təcavüz edib. Qorxumdan heç kimə deyə bilmirdim. Mənimlə evlənəcəyini demişdi", - deyib.

Təcavüz edilən qızın dayısı həbs edilib. Məhkəmənin qərarı ilə qız əməliyyat olunub.