backend

Əli Mirəliyev cəbhəyə gedən tanınmışları biabır etdi: - "Sizin ora getməyinizin kimə xeyri var?"

Əli Mirəliyev cəbhəyə gedən tanınmışları biabır etdi: - "Sizin ora getməyinizin kimə xeyri var?"
"Müharibə dayanan kimi getdiniz. Bilirsiniz ki, sizi gülləbarana tutmayacaqlar"

Politika.Az bildirir ki, bunu açıqlamasında müğənni Əli Mirəliyev deyib. O, atəşkəs elan olunandan sonra cəbhəyə gedib konsert verən bütün həmkarlarını qınayıb: "Biz lent yazılarından görmüşük ki, müharibə gedən vaxtlar cəbhə bölgələrində konsertlər veriblər. Amma indi atəşkəs elan olunub. Bizim müğənnilər atəşkəsdən sonra cəbhə bölgəsinə gedirlər. Sizin ora getməyinizin kimə xeyri var? Niyə gedirsiniz? Hünərin vardı, atışma gedən ərəfədə gedəydin də. Atışma gedən vaxt bölgədə gözə dəyən Mirşahin və Vahid Mustafayev oldu, onlar da başlarını aşağı əyirdilər. Bu, onların səmimiyyətindən irəli gəlir. Yoxsa sakit olan bir cəbhədə əsgər paltarı geyin, konsert ver. Bu nə deməkdir? Gülməlidir".

Ə.Mirəliyev müharibə gedən 3 gün müddətində bir sənətçinin gözə dəymədiyini vurğulayıb: "O vaxt konsert verəydiniz də? Döyüş getməyən bir yerdə necə konsert verə bilərsən? Müharibə yoxdur axı. Mən buna yersiz baxıram. Cəbhəyə gedib niyə konsert verirsiniz, əlinizə silah alıb vuruşun da. Axı siz də bu vətənin övladlarısınız".

Ə.Mirəliyev hesab edir ki, indi əyninə əsgər paltarı geyinib səngərlərdən fotosessiya etdirən sənətçilərin heç birinin ayağı 20 ildə cəbhə bölgəsinə dəyməyib: "Müharibə dayanan kimi getdiniz. Bilirsiniz ki, sizi güllə-barana tutmayacaqlar. Sizə reklam lazımdır, cəbhə yox".

qaynarxett.az