backend

Mərkəzi Bankı şok içində: YENİ DOLLAR BÖHRANI BAŞLAYIR - təfsilat

Mərkəzi Bankı şok içində: YENİ DOLLAR BÖHRANI BAŞLAYIR - təfsilat

Elmar Rüstəmovun «kantoru» manatı xilas etməyin yollarını tapa bilməyib, yaxın günlərdə vəziyyət kritik şəkil ala bilər

Azərbaycan Mərkəzi Bankı martın sonlarından etibarən dolların manata olan kursunu sabit saxlamaq üçün bir sıra inzibati vasitələrdən istifadə etsə də, müəyyən mərhələdə istəyinə nail olub. Hazırda 1 dollar 1,50 manat təşkil edir ki, bunun da nisbi olaraq belə həddə olduğu düşünülür.

AMB bir aydan çoxdur çəkdiyi əziyyətdən sonra məlum olub ki, vəziyyət heç də onların düşündüyü kimi deyil. Belə ki, yaxın günlərdən etibarən manatın dəyərliliyini saxlamaq yenidən mümkün olmayacaq. Məlumatlara görə, şok içində olan Mərkəzi Bank rəhbərliyi prosesi önləmək gücündə də deyil. Problemin kökü ondadır ki, Rusiya zonasına daxil olan Azərbaycan valyuta məsələsində ciddi sıxıntılar çəkir və yaxın günlərdən etibarən dolların yenidən bahalaşması start götürəcək.

Politika.Az-a verilən məlumata görə, bu dəfəki problemin kökündə dayanan başlıca amil Rusiyada olduğu kimi, Azərbaycanda da dollar rezervlərinin sürətlə azalmasıdır. Neftin qiymətinin bir qədər yüksəlməsinin də prosesə hər hansı bir təsiri olmayıb. Bu o zaman mümkün hesab edilir ki, bir barrel neftin qiyməti ən pis halda 65 dollar olmalıdır ki, manatı əvvəlki səviyyədə saxlamaq reallaşsın.

Məlumatlarda vurğulanır ki, AMB rəhbərliyi vəziyyətlə bağlı hökumətə xəbərdarlığını da edib. Və onlardan tədbirlər görmələri üçün addımlar atmalarını istəyib. Amma hökumət qısa müddətdə prosesi önləmək və ya hər hansı bir planı icra etmək gücündə olmadığını etiraf edib.

Bu dəfə dollar bahalaşacağı təqdirdə, təkcə Amerika pulunun qıtlığı yaranmayacaq, həm də manat sürətli şəkildə dəyər itirəcək. Nəticədə, 1 dollar ən pis halda 1,70 manat təşkil edəcək ki, bu da artıq növbəti devalivasiya kimi başa düşülməlidir.

qaynarxett.az