backend

“Rüfət Gəncinski” kimdir və onun adı Lənkəranskinin ölüm işinə necə qarışıb - YENİ ŞOK GİZLİNLƏR

“Rüfət Gəncinski” kimdir və onun adı Lənkəranskinin ölüm işinə necə qarışıb - YENİ ŞOK GİZLİNLƏR

İstanbulda qətlə yetirilən məşhur avtoritet Rövşən Lənkəranskinin “Şakro Molodoy” ləqəbli Zaxar Kalaşovla qarşıdurmasının yeni təfərrüatı üzə çıxıb

Politika.Az Rusiya mediasına istinadla xəbər verir ki, tərəflərin münaqişəsində növbəti mərhələ “Rüfət Gəncinski” adı ilə tanınan Ülfət Tağıyev üstündə olub.

Kriminal avtoritet, yezidi kürd Aslan Usoyanın (Ded Xasan) qətlinə görə həbs edilmiş “Gəncinski”yə “vor zakon” adı verilməsi qanuni oğru dünyasında ciddi konfliktə səbəb olub.

R.Lənkəranskinin killeri və mühafizəçisi kimi tanınan R.Gəncinski uzun müddət Dubayda yaşayıb. Onunla birlikdə Hacı Beyləqanski də olub. Rusiya mətbuatı yazır ki, “Ded Xasan”ın qətlindən bir ay əvvəl Dubayda “sxodka” keçirilib.

2013-cü ildə Moskvaya qayıdan Gəncinski “Ded Xasan”ın qətlində şübhəli bilinərək həbs olunur. O, ittihamları qəbul etmir.

Politika.Az xəbər verir ki, lakin sonra Ü.Tağıyev Usoyanın öldürülməsi üçün planı özünün hazırladığını və killerə lazım olan şəraiti yaratdığını etiraf edib. O, bu iş barədə ona heç kəsin sifariş vermədiyini deyib.

Həbsdə isə Gəncinskiyə avtoritet adı verilməsi ilə bağlı söhbət yaranıb. Belə ki, 57 yaşlı kutaisili qanuni oğru “Şoşiya” ləqəbli Nodar Çinvelaşvili izahat istəyib.
Rusiya qruplaşması ilə toqquşmalara getmək istəməyən “Şoşiya” digər tərəfdən Lənkəranskini də itirmək istəməyib.

Ona görə “Şakro Molodoy”la Lənkəranskinin Gəncinskinin avtoritet statusuna birgə aydınlıq gətirmələrini istəyib. Qeyd edək ki, Lənkəranskinin qətlində “Şakro Molodoy” şübhəli bilinir. Onun “Ded Xasan”ın qisasını aldığı deyilir.