backend

Bakıda ana və 7 aylıq körpəsi dəhşətli şəkildə öldü

Bakıda ana və 7 aylıq körpəsi dəhşətli şəkildə öldü
















Bu gün Bakının Qaradağ rayonunda - Bakı-Ələt magistralının 48-ci kilometrliyində baş vermiş dəhşətli yol qəzasında ölən şəxslərin kimliyini müəyyənləşdirilir.

İlkin araşdırma zamanı "Shacman" markalı yük maşınına çırpılan "Opel"də vəfat edən şəxslərin Masallı rayonundan olduğu məlum olub. Bəlli olub ki, ölən şəxslərdən ikisi 24 yaşlı qadınla 7 aylıq körpəsidir.

Hazırda onların şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.

Qəzada ağır yaralanan daha bir şəxs xəstəxanaya yerləşdirilib.

///Lent.az-