8-ci sinif şagirdi olan azərbaycanlı qız hamilə qaldı

584

8-ci sinif şagirdi olan azərbaycanlı qız hamilə qaldı
















Rusiyanın Peterburq şəhər polisi Ramazan adlı azərbaycanlını axtarışa verib.

Ramazan 8-ci sinif şagirdi olan azərbaycanlı qızın bir qədər sonra dünyaya gətirəcəyi övladının atasıdır. Söhbət ondan gedir ki, adı çəkilməyən 8-ci sinif şagirdi bu günlərdə Peterburqun Staropeterqofsk rayonunda yerləşən ailə məsləhətxanasına müraciət edib. Müayinə nəticəsində məlum olub ki, qız 7 aylıq hamilədir. O, Ramazan alı şəxslə tanış olduğunu və ondan hamilə qaldığını bildirib.

Polis qızın anasıyla görüşüb. Amma maraqlısı odur ki, anası polisə ərizə verməkdən imtina edib. Bununla belə, polis yetkinlik yaşına çatmamış şəxslə cinsi əlaqədə olduğuna görə, Ramazan barədə axtarış elan edib.

/// Lent.az