Əhaliyə Fəlakət xəbər - Vay ki, vay!!!

4 670

Əhaliyə Fəlakət xəbər - Vay ki, vay!!!










Manatın ili çıxdı: FED və “qara bazar” dolları 1.90-a çatdırdı - Fəlakət

“Qara bazar”da dolların satış qiymətinin 1.93 manata qalxdığı bildirilir. Alverçilər dolları 1.90 manatdan alıb, 1.93 manatdan satırlar

Bu barədə Politika.Az-ın İqtisadiyyat Şöbəsi məlumat yayıb.

Hərracda dollar bahalaşmamışdan əvvəl “qara bazar”da dollar 1.92 manata satılırdı. Bir il əvvəlin bu günü - dekabrın 21-də ölkə ikinci devalvasiya şokunu yaşadı. Manat dollara münasibətdə dəyərini 48 faiz itirdi.

Mərkəzi Bank həmin gün ABŞ dollarının manata olan rəsmi məzənnəsini 1.05-dən 1.55 manata qədər artırdı. Bu ilin mayında manat müəyyən qədər revanş götürərək 3,9 faiz möhkəmlənə bildi.

Həmin ərəfədə Mərkəzi Bankın dəstəyi ilə milli valyutamızın dollara münasibətdə məzənnəsi 1,49 manata qədər möhkəmləndi. Ancaq manat sonrada mövqelərini itirməyə başladı.

Son bir ildə manat daha 13 faiz dəyərsizləşdi və hazırda proses davam edir. Son günlər isə hökumətin “tam üzən məzənnəyə” keçid niyyəti devalvasiya ətrafında müzakirələri yenidən qızışdırıb.

Politika.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot stavkasının artırmasının valyuta bazarımıza təsir etməyəcəyini bildirirdi.

Ancaq okeanın o biri üzündə qəbul edilən qərar yenidən Bakıda dollar qıtlığı yaradıb. Nəticədə, FES-ın qərarından öncə “qara bazar”da 1 dollar 1.83 manata satılırdısa artıq 1 ABŞ pulu üçün 1 manat 90 qəpik ödəmək lazımdır.

Bu isə o deməkdir ki, FES-in qərarından sonra “qara bazar”da milli valyutamız hər 100 dollarda 7 manat ucuzlaşıb. Bankların böyük əksəriyyəti valyuta satışını dayandırdığı üçün aydındır ki, onların elan etdiyi kurs real məzənnə deyil və müqayisə predmeti ola bilməz.

Son bir ildə resurs ölkələrinin hamısının valyutası qara günlərini yaşayır. Rusiya rublu, Azərbaycan manatı və Qazaxıstan təngəsi 2 dəfəyədək dəyərdən düşüb, Nigeriya nayrası 20%, Norveç kronu 30%, Bariziliya rialı 40%-dək dəyərini itirib.

Politika.Az xatırladır ki, yalnız Səudiyyə rialı əvvəlki məzənnəsini qoruyub. Neft ölkələrindən yalnız Norveç, Rusiya, Qazaxıstan və Braziliya üzən valyuta rejiminə keçmişdi.

Əhalinin aldığı zərbə də çox ağır olacaq - təkcə qiymət artımı baxımından yox - təxminən 9 milyard dollar xarici valyuta ilə kreditə görə azı 4.5 milyard manat əlavə vəsait ödəməlidi. İndiki ağır sosial durumda insanlar bu vəsaiti hansı mənbədən alacaq?

Yeganə təskinlik hökumətindi - ötən il bu zamanlar 5 milyard dolları Neft Fondundan büdcəyə transfert edəndə cəmi 3.8 milyard manat vəsait xərcləyə bilirdi, indi bu bu məbləğ artıq 10 milyard manata təşkil edir. Hökimət devalvasiya ilə təkcə ehtiyatları xilas etməyə hədəfə almayıb - devalvasiya büdcədə neftin açıdığı çox böyük "deşiyi" də yamamaq üçün dərman oldu.

Yaddan çıxan çox vacib məsələ var: hökumət yaşayış minimumunu, yoxsulluq üçün ehtiyac həddini cəmi 1 aydı təsdiqləyib. Amma gözlənilən kəskin qiymət artımı həmin göstəriclərə yenidən baxmağı qaçılmaz edir.